Icma.az
close
up
RU
Görkəmli xanəndə Eynulla Cəbrayılovun 90 illik yubileyi keçirildi

Görkəmli xanəndə Eynulla Cəbrayılovun 90 illik yubileyi keçirildi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

18 aprel 2025-ci il tarixində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin akt zalında tanınmış xanəndə Eynulla Cəbrayılovun  90 illik yubileyi münasibətilə tədbir keçirildi.

Yubiley mərasimi Eynulla Cəbrayılovun Azərbaycan radiosunun qızıl fondunda saxlanılan lent yazısı ilə başlandı.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı xanəndə Eynulla Cəbrayılovun həyat və yaradıcılığından danışaraq, onun bir sənətkar kimi ölkənin ən mötəbər tədbirlərinin, konsert səhnələrinin, toy şənliklərinin bəzəyi olmasını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşmasını vurğuladı. 

Yaqut Bahadurqızı eyni zamanda, görkəmli sənətkarın ifaçılıq sənətinin qədim milli ənənənin davamı olmasını, onun ifa üslubunun Azərbaycan muğamlarının ən mükəmməl ənənənlərini özündə birləşdirən xüsusi sənət məktəbi olmasından, səhnə davranışından, oxu tərzindən, ifa zamanı muğamın sakral mahiyyətini, mənəvi zənginliyini dinləyiciyə ötürə bilməsindən, muğam bilicilərinin diqqətini çəkə bilməsindən də bəhs etdi. 

Eynulla Cəbrayılovun həmkəndlisi İbrahim İbrahimov çıxışında atasının qəfil ölmündən bir neçə ay sonra doğulan Eynullanın ağır keçən uşaqlıq və yeniyetməlik illərindən bəhs edərək qeyd etdi ki, müharibə, yetimlik onun təhsil almasına imkan verməsə də, Allah vergisi olan səsi ilə 14-15 yaşından Eynulla ruzisini qazanıb, nəinki doğulduğu kənddə, Kürdəmirdə, Şirvan bölgəsində, hətta bütün Azərbaycanda məşhur xanəndə kimi tanınıb.

Yazıçı – jurnalist Tofiq Abdullayev çıxışında görkəmli xanəndənin həyatı və sənət fəaliyyəti ilə bağlı araşdırmalar apararaq yubiley ilində yeni bir kitabı çapa hazırlamasından bəhs etdi. O, eyni zamanda vurğuladı ki, Şirvan musiqi mühitində yetişən Eynulla bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnərək, muğam və aşıq sənətinin sirlərinə yiyələnib. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olub.

Əməkdar Mədəniyyət İşçisi Mirnazim Əsədullayev sənətkarla uzun müddət iş birliklərindən danışaraq qeyd etdi ki, geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik olan xanəndənin ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah”, “Şirvan şikəstəsi”, “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mənsuriyyə”, “Vilayəti”, “Kürdü”, “Dəramət” və başqa muğamlar Azərbaycan Radio və Televiziya Fondunda saxlanılır. E.Cəbrayılov bir müddət Bakıda Hacı Məmmədovun, Ə.Quliyevin, Sərvət İbrahimovun başçılıq etdikləri ansamblların müşaiyəti ilə oxuyub. Ancaq o, musiqi, muğam tariximizdə, yaddaşımızda daha çox Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının – Xalq artisti Ağasəlim Abdullayevin və  Əməkdar artist Mirnazim Əsədullayevin müşaiyəti ilə oxuduğu və radionun “Qızıl fondu”nda saxlanılan nadir ifaları ilə qalıb. 

Yubiley mərasimində respublikanın tanınmış muğam ifaçısı Əməkdar İncəsənət xadimi Hacı Aqil Məlikov, kaman ifaçısı Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar Mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, tanınmış sənətkarlar Elşad Qarayev, Səfalı Əliyev, Nemət Ərəboğlu, Aşıq Babək Şakirli Eynulla Cəbrayılovun repertuarından  muğamlar və xalq mahnılarını tamaşaçılara təqdim etdilər. 

Tədbir zamanı Eynulla Cəbrayılovun öz ifasında olan video lentlərdən parçalar səsləndirildi.  

Tədbir ustad sənətkarın vəsiyyəti ilə öz ifasında dəfn edilərkən səsləndirilən  “Qarabağ şikəstəsi” lent yazısının  sədaları ilə  gurultulu alqışlarla başa çatdı.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri