Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Görünən dünyadan duyulan aləmə açılan mənzərə

Görünən dünyadan duyulan aləmə açılan mənzərə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sənət, sadəcə, gözlə görünənləri duyub ifadə etmək deyil, həm də maddi aləmdən kənarda ruhi-mənəvi dəyərləri əks etdirmək cəhdidir. Müasir təsviri sənətimizdə özünəməxsus dəst-xətti, fəlsəfi yanaşması ilə seçilən gənc rəssam Məryəm Kəngərlinin yaradıcılığı da məhz bu çalarları özündə birləşdirir. Onun əsərlərindəki sənətşünaslıq və kino sahələrinin estetik vəhdəti sadəcə göz oxşamır, tamaşaçını həyat və əbədiyyətlə bağlı sualları düşünməyə sövq edir.

1997-ci ildə Bakıda ziyalı ailədə dünyaya gələn rəssam 2016–2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətşünaslıq, 2021–2024-cü illərdə isə həmin akademiyada rəngkarlıq üzrə təhsil alıb. 2025-ci ildən təhsilini Rusiya Dövlət Humanitar Universitetinin kinoşünaslıq fakültəsində davam etdirir.

Peşəkar fəaliyyətini uğurla davam etdirən rəssam 2023-cü ildən Rəssamlar İttifaqının üzvüdür. 2025-ci ildə “Simurq” Assosiasiyasının “Fəxri mədəniyyət xadimi” mükafatına və Rusiya Federasiyasının təhsil qrantına layiq görülüb. Zəngin yaradıcılıq yolu keçən Məryəm Kəngərli Varşavada “Şərq miniatürləri” adlı fərdi, eləcə də İstanbul və digər şəhərlərdə beynəlxalq qrup sərgilərində uğurla çıxış edib. Qeyd edək ki, bu il sentyabrın 19-da isə Bakıda "Əbədiyyət" adlı fərdi sərgisi keçirilib. Sərgi “Nine Senses" İncəsənət Mərkəzinin şəhər filialında nümayiş olunub.

Gənc sənətçi 2019–2022-ci illərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edərək dəyərli kitab illüstrasiyaları ərsəyə gətirib. Rəssamın “Yeddinci planetin beşiyi”, “Çəhrayı bəsirət”, “Şüur üfüqü üzərində sıçrayış”, “Oyanışa saniyələr öncə”, “Ovsun” və digər dərin məzmunlu əsərləri bu gün Avropa, Avrasiya, Yaxın Şərq və Qafqaz ölkələrinin nüfuzlu şəxsi kolleksiyalarında və muzeylərində qorunub saxlanılır.

İstedadlı rəssamın bədii-estetik təfəkkürünün formalaşmasında uşaqlıq illərindən İngiltərə və Fransa muzeylərinin möhtəşəm kolleksiyaları ilə tanış olması mühüm rol oynayır. Rəqəmsal dövrdə insan ruhunun əsl mifologiyasını vizuallaşdırmağı bacaran rəssamın ərsəyə gətirdiyi əsərlər Azərbaycan rəngkarlığında yeni bir cərəyanın müjdəçisi və əsl metamodernizmin yaranmasının bariz sübutudur.

Yaradıcılığını səciyyələndirən əsas elementlər konseptual dərinliyi ilə seçilir. Onun əsərləri koloritli, sirli və zərif struktura malik dumanlı məkanların içərisində meydana çıxan fiqurlarla zəngindir. Kompozisiyalarında dairəvi və oval kətanlara üstünlük verməsi başlanğıcı və sonu olmayan əbədi həyat anlayışını vurğulayır. Xüsusi yer tutan çəhrayı rəngli fiqurlar konkret insan obrazının təsvirindən çox, sənətkarın təxəyyülündəki ruhani varlıqları təcəssüm etdirir. Tünd və mistik fon üzərində parıldayan bu çalarlar əsərlərə zəriflik və dərin məna qatır.

Yaradıcılığında kainat mövzusu xüsusi yer tutur. “Yeddinci planetin beşiyi” kimi triptixlərdə kosmoloji simvollar qədim mifoloji təsəvvürlərlə birləşərək çoxşaxəli məzmun yaradır. Qədim heykəlcikləri xatırladan plastik formalar, eləcə də hind fəlsəfəsinin motivlərinə müraciət zaman və məkan sərhədlərini silərək insanı əbədiyyət, sonsuzluq və kainatın sirləri barədə düşündürür. Məsələn, “Sən varsan, O” insanın daxilindəki “Mən”lə ali həqiqətin vəhdətini, “Müqəddəs üçlük” aləmin üçlü təbiətini, “Qəlsəmələrdən keçən miqrasiya dövriyyəsi” isə ruhun mənəvi azadlığa çatmasını simvollaşdırır.

Tondo formatlı “Çəhrayı bəsirət” əsərində isə rəssam avtoportretini pişiyi ilə birlikdə təqdim edərək öz daxili dünyasını, duyğularlnı əks etdirir. Eyni zamanda, rəssamın qədim təsviri sənət irsimizə, xüsusilə dahi Nizaminin poeziyasına həsr etdiyi kitab illüstrasiyalarında milli miniatür üslubu ilə fərdi axtarışları harmoniya yaradır.

Rəssamın yaradıcılıq aləmi ilə daha yaxından tanış olmaq üçün onunla həmsöhbət olduq.

– Məryəm xanım, sənətşünaslıq, rəssamlıq və kinoşünaslıq kimi 3 müxtəlif sahənin vəhdətini yaradıcılığınızda necə əks etdirirsiniz?

– Hər 3 sahə üzrə akademik təhsilim sənət barədə əhatəli bilik qazandırır. Bu sahələrə olan marağım, sadəcə, hobbi deyil, həyata estetik baxışa elmi səviyyədə, dərindən yiyələnməyə çalışıram. Əsərlərimdəki fəlsəfi mənalar məhz bu nəzəri bazaya əsaslanır. Hesab edirəm ki, incəsənətin bu qolları bir-birini tamamlayır və onlardan biri olmadan biliklər natamam qalar.

– Əsərlərinizdə daha çox əbədiyyət, mücərrəd anlayışlar və mifoloji mövzulara yer verməyiniz nədən qaynaqlanır? Tamaşaçıya bu obrazlar vasitəsilə nəyi çatdırmaq istəyirsiniz?

– Bu, Tanrıya olan sevgimdən qaynaqlanır. O, mükəmməldir. Yaradanın hər bir canlını bu qədər incəliklə yaratması məni valeh edir. O bizim qəlbimizi tanıyır. Ruhani varlıqlar, ətrafımızdakı hər şey onun varlığından xəbər verir. Mən də ona olan sevgimi onun yaratdığı kainata marağımla ifadə edirəm.

Yaradana aid olan ruhun ölümsüzlüyünə inanıram. Ölüm yoxdur və insanlar yer üzündəki ölümdən qorxmamalıdırlar. Çünki biz bu dünyada gözlərimizi yumduğumuz an digər aləmdə mütləq açacağıq. Yuxularda gördüyümüz rəhmətə gedən yaxınlarımız yaşayır, bu isə o deməkdir ki, ruh əbədidir.

İnsanları ilahi möcüzələrə inanmağa çağırıram, çünki möcüzə dediyimiz şey əslində bəzilərinin hələ qəbul edə bilmədiyi reallıqdır. İnsan dini kitablarda da deyildiyi kimi, Allahın özünə bənzədib yaratdığı ən gözəl varlıqdır.

– Kompozisiyalarınızda tünd, dumanlı məkanlar fonunda çəhrayı fiqurlar xüsusi yer tutur. Bu obrazlar nəyi simvolizə edir və niyə məhz çəhrayı rəng?

– İkinci təhsilim teatr rəngkarlığı ilə bağlıdır. Səhnədə duman effektindən tez-tez istifadə olunur. Əsərlərimdə bu element həm mistik ab-hava yaradır, həm də sirli dünyaya ehtiram əlamətidir.

Çəhrayı rəngə gəldikdə isə, o, tamamilə təsadüfi seçilib – intuitiv olaraq ruhu məhz bu rəngdə görürəm. Sonralar ezoterika ilə maraqlanarkən öyrəndim ki, çəhrayı rəng məhz mehriban insanlara aid edilir. Demək ki, təxəyyülümdə canlanan ruhlar mehriban ruhların bir araya gəldiyi məkanlardır.

Stilizə olunmuş fiqurların başlarındakı maskalar isə Tanrı ilə təmənnasız bağımızı xatırladır. Bu obrazları yaradarkən arxaik incəsənətin maraqlı nümunəsi olan Kiklad idollarından ilham almışam. Həmin obrazlar statik olsa da, mən onları plastik şəkildə ərsəyə gətirməyə çalışmışam.

– Nizami poeziyasına illüstrasiyalar çəkərkən klassik miniatürlə müasir üslubu necə birləşdirmisiniz?

– Əsərlərimdə də aydın göründüyü kimi, üslub, məkan və predmet stilizasiyalarına tez-tez müraciət edirəm. Bu, reallığı olduğu kimi deyil, bir qədər fərqli görmək xüsusiyyətimdən irəli gəlir. Kökümüzə bağlı olduğum üçün milli irsimizə, qədim adət-ənənələrimizə dərin hörmət bəsləyirəm. Keçmişə müasir nəfəs qataraq miniatür ənənələrini tamamilə fərqli baxış bucağı ilə göstərməyə çalışmışam.

– Rəsmlərinizdə dairəvi və oval kətanlara üstünlük verməyinizin xüsusi bir mənası varmı?

– Əlbəttə, dairəvi və oval kətan formatları təsadüfi seçim deyil. Ümumiyyətlə, düşünürəm ki, dərrakəli bir insan üçün həyatda təsadüf anlayışı yoxdur. Oval özü sonsuzluq simvoludur – nə başlanğıcı var, nə də sonu, eynilə dairə kimi. Həmişə kəskin künclərə az müraciət etməyə çalışıram çünki dairə ilə təmasda özümü daha rahat, sanki, öz dünyamda hiss edirəm.

Qeyd edim ki, akademik təhsil əsasən düzbucaqlı formatda kompozisiya qurmağı öyrədir, lakin Renessans dövrün rəssamları daha çox oval və dairəvi formatlara müraciət ediblər. Əslində, format dairə olsa belə, kompozisiya peyzaj, portret və ya natürmort janrında ola bilər. Mən daha çox sürreal simvollara üstünlük verirəm. Düşünürəm ki, məhz bunun sayəsində təkrarsız və orijinal əsərlər yarada bilirəm.

– “Sən varsan, O”, “Müqəddəs üçlük”, “Çəhrayı bəsirət” kimi tablolarınızın adları da fəlsəfi anlam daşıyır. Belə qeyri-ənənəvi adları necə seçirsiniz?

– Əslində, hər birimiz öz reallığımızın memarı və yeni bir dünyanın daşıyıcılarıyıq. Həyatı dərk edərək yaşamaq, onun fərqinə varmaq və arzularımızın gerçəkləşdiyini görmək insanın yaradıcı olduğunun sübutudur. Məsələn, “Çəhrayı bəsirət” təmiz, pak və aydın intuisiyanı simvolizə edir. Tanınmış alim Tatyana Çerniqovskayanın "İntusiya müqəddəs bəxşiş, beyin isə onun itaətkar nökəridir" fikrini çox sevirəm və tamamilə haqlı hesab edirəm. Əsərlərimin rəngini, adını və quruluşunu seçərkən məhz intuisiyama güvənirəm. Təbii ki, zamanla topladığım nəzəri biliklər də bu prosesə qoşularaq özünəməxsus üslubumun formalaşmasına kömək edir.

– Sizə gələcək yaradıcılığınızda uğurlar arzulayırıq.

Elenora HƏSƏNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri