Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Görünməz qəhrəmanlardan daha bir uğurlu əməliyyat

Görünməz qəhrəmanlardan daha bir uğurlu əməliyyat

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha bir cinayətkar dəstə ifşa olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının və başqa ölkələrin vətəndaşlarından ibarət cinayətkar birliyin üzvlərini ələ keçirib.

DTX-nin bu əməliyyatı ölkənin təhlükəsizliyi və daxili sabitliyi, Konstitusiya quruluşunun və bütövlüyünün qorunması baxımından ən mühüm, uğurlu əməliyyatlardan biridir.

İndiyə qədər radikal elementlər daha çox ölkə ərazisindən kənarda formalaşdırılan cinayətkar qruplaşmalara qoşulurdular. İndi isə onlar ölkənin içində belə bir cinayətkar birliyi formalaşdırmağa cəhd göstəriblər. Gömrük postuna hücum etmək, ələ keçirmək, gömrük postunun əməkdaşlarını girov götürmək və öz cinayətkar tələblərini irəli sürmək planları varmış.

Burdan aydın olur ki, hadisələr Azərbaycanın qonşu dövlətlərdən biri ilə sərhədlərinə yaxın bölgədə baş verib. Hansı ölkə, hansl bölgə olduğunu ehtimal etmək çətin deyil. Ancaq DTX-nin məlumatında həmin adlar çəkilmir, biz də ebtimalımızı yazmırıq.

Ancaq qanunsuz silahlı birliyin rəhbəri Fəxrəddin Şahmurovun, eləcə də, Calal Muradovun, Kamran Babayevin adları açıqlanır. Məlumatdan aydın olur ki, başqaları da var. Ola bilsin, əməliyyat-istintaq məqsədləri üçün bütün adlar hələlik gizli qalmalıdır.

Məlumatda deyilir: "Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuş, həmçinin digər şəxslər istintaqa cəlb edilmişlər. Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir".

Beləliklə, bu cinayət əməlləri ilə bağlı hələ də araşdırmalar gedir, istintaq orqanı dəstənin bütün bağlantılarını və planlarını bütün detalları, təfərrüatları ilə tamamilə üzə çıxarmağa çalışır.

Əlbəttə, belə cinayətkar dəstələrin ifşası DTX-nin, eləcə də, başqa hüquq-mühafizə orqanlarının təcrübəsində heç də birinci hal deyil. Ancaq bu işdə böyük bir cinayətkar planın konturları daha aydın görünməyə başlayır: Azərbaycanın qonşu ölkə ilə sərhədlərində "nəzarətdənkənar bölgə" yaratmaq, burada terrorçu qruplaşmaları yerləşdirmək, şəxsi təmaslarla, eləcə də, sosial media platformaları vasitəsilə şəbəkələşdirmək kimə lazım ola bilər?! Bu, bölgənin hazırda müharibə vəziyyətində olan dövlətə, eləcə də, Azərbaycana dost olan qonşu ölkələrə sərfəli deyil. Azərbaycanla müharibədə uduzmuş ölkənin isə təkbaşına belə əməliyyatlara cəhd etməsi ibandırıcı deyil. Deməli, qalır bölgəyə daxil olmaq istəyən başqa böyük güclər.

Bu ehtimalı əsaslandıran ilkin fakt cinayətkar birliyin tərkibində xarici ölkə vətəndaşlarının da olmasıdır. Başqa sözlə, bu dəstə xarici xüsusi xidmət orqanlarının formalaşdırdığı və hibrid müharibə üçün yetişdirdiyi cinayətkar legiondur. Bu arada cinayətkar legion təkcə meşələrdə gizlənən, silahlanan adamlar deyillər. Paralel olaraq ölkə içində bu planın siyasi, eləcə də, sosial media uzantıları da ola bilər. Bunu deməyə əsas verən faktlar cinayətkar dəstə üzvlərinin sosial media platformaları üzərindən təşkilatlanması, gizli görüşlər, gizli yığıncaqlar keçirmələridir.

Bunlar artıq sıradan olaylar deyillər; xaricdən maliyyələşən, idarə olunan və cəmiyyəti "xərçəng xəstəliyi" kimi sarmaq istəyən elementlərin mütəşəkkil cinayətkar fəaliyyət cəhdləridir. Bu baxımdan, DTX-nin həyata keçirdiyi əməliyyat ikiqat əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, gömrük zabitlərinin, mülki şəxslərin girov götürülməsi və tələblər irəli sürülməsi məqamı ciddi məsələdir. Dövlət məmurlarının girov götürülməsi niyyətlərindən də görünür ki, bu cinayətkar dəstə öz planlarını həyata keçirə bilsəydi, Azərbaycan dövləti üçün çox prinsipial xarakterli məsələlərə dair tələblər irəli sürəcəkdi. Dövlət əleyhinə cinayətlərə görə həbs olunmuş kimin, yaxud kimlərin azad olunması, yaxud dövlət siyasəti ilə bağlı hansı qərarlar verilməsi tələbləri irəli sürüləcəkdi?! Bunları istintaq araşdırır, biz yalnız ehtimal edə bilərik. Sadəcə, onu deyə bilərik ki, bu əməliyyat Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının - görünməz qəhrəmanların daha bir uğurlu işidir. Ordu, polis, prokurorluq hansısa əməliyyat aparanda xüsusi hallar istisna olmaqla bu, cəmiyyətə tam açıqlana bilir. Dövlət təhlükəsizliyi orqanlarının xidmətində isə məxfilik təbii və çox önəmlidir. Xüsusilə, transmilli mütəşəkkil cinayətkar dəstələrlə bağlı əməliyyatlarda. İstənilən halda cəmiyyət təhlükəsizlik orqanları zabitlərinin qəhrəmancasına əməyini təqdir edir. Bu, şübhəsizdir.

Seyid Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri