Icma.az
close
up
RU
“Görüş ictimai diplomatiyanın yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər” MÜNASİBƏT BİLDİRİLDİ

“Görüş ictimai diplomatiyanın yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“21–22 oktyabr tarixlərində İrəvanda keçirilən Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk ikitərəfli dəyirmi masası Vaşinqtonda 8 avqust 2025-ci ildə imzalanmış Birgə Bəyanatın ruhuna uyğun olaraq regionda sülh təşəbbüslərinin sosial bazasını formalaşdırmaq istiqamətində əhəmiyyətli addımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, bu görüş dövlət strukturlarının dəstəyi ilə reallaşdığı üçün onu sırf QHT təşəbbüsü deyil, rəsmi sülh gündəminin ictimai təbəqəyə transferi kimi qiymətləndirmək olar: “Belə dialoqlar siyasi danışıqlarla paralel olaraq qarşılıqlı etimadın və informasiya şəffaflığının artmasına xidmət edir.

Müzakirələrdə humanitar əlaqələr, iqtisadi və logistika imkanları, eləcə də etimadın bərpası üçün konkret addımlar önə çıxıb. Bu, Azərbaycanın “praktik sülh” konsepsiyasına – yəni kommunikasiya, ticarət və humanitar sahələrdə əməkdaşlıq vasitəsilə sabitliyin möhkəmləndirilməsinə uyğundur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş isə göstərir ki, İrəvan tərəfi də bu formatı siyasi səviyyədə tanımağa meyllidir. Ümumilikdə, İrəvanda keçirilən bu görüş regionda post-münaqişə mərhələsində ictimai diplomatiyanın yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər. Azərbaycanın məqsədi dövlətlərarası sülh müqaviləsinin ictimai təməlini gücləndirmək və uzunmüddətli sabitliyi təmin edən reallığa əsaslanan əməkdaşlıq mühiti formalaşdırmaqdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see174

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see168

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see124

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see122

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri