Icma.az
close
up
RU
Göygöl: İkinci Moruq Festivalının ikinci günü rəngarəng anlarla yadda qaldı

Göygöl: İkinci Moruq Festivalının ikinci günü rəngarəng anlarla yadda qaldı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göygöl rayonunda təşkil olunan ikinci Moruq Festivalının ikinci günü həm yerli sakinlər, həm də qonaqlar üçün əsl bayram ab-havasında keçdi. Tədbir boyu kənd təsərrüfatı məhsullarının sərgisi, yerli fermerlərin təqdimatları, əl işləri yarmarkası və mədəniyyət proqramları ilə festival əsl kənd həyatının, əməksevərliyin və təbiətin gözəlliyinin nümayişinə çevrildi.

Səhər saatlarından başlayaraq festival ərazisinə axın edən ziyarətçilər yalnız moruğun dadına baxmaqla kifayətlənmədilər, müxtəlif yarış və interaktiv tədbirlərdə də iştirak etdilər. Uşaqlar üçün təşkil olunan oyun zonaları və moruq mövzusunda keçirilən rəsm müsabiqəsi xüsusilə böyük maraqla qarşılandı.

Festivalın ən çox diqqət çəkən hissələrindən biri moruqdan hazırlanmış məhsulların təqdimatı oldu. Yerli şirniyyatçılar və evdar qadınlar tərəfindən hazırlanan moruq mürəbbələri, kompot, piroq və digər təamlar ziyarətçilərin zövqünü oxşadı. Yerli musiqi qruplarının səhnə çıxışları isə tədbirə xüsusi ovqat qatdı.

Festival çərçivəsində çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd təsərrüfatı mütəxəssisləri bu kimi tədbirlərin regionun iqtisadi və mədəni inkişafında mühüm rol oynadığını vurğuladılar.

Topalhasanlı kəndindən olan moruq istehsalçısı Validə Hacıyeva festivalın yaranma ideyasından danışaraq bildirdi:

“Moruq festivalı” sözünü ilk dəfə bizim kənddə səyyar görüş zamanı rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevdən eşitdim. Dedi ki, nə üçün bu əvəzsiz giləmeyvənin bayramını təşkil etməyək, onun şöhrətini hər yerə yaymayaq? Axı rayonda hara baxırsan, moruq var. Sonra da keçən il ilk festival keçirildi. Bilirsiniz fermerlər nə qədər sevinir?! Sağ olsun rayon rəhbərliyini, dəstək verən digər qurumları — biz Göygölün simasını, ənənəsini, təbiətini göstərə bilirik.”

Festival, eyni zamanda, rayonun turizm potensialını tanıtmaq və Göygölü daha geniş auditoriyaya təqdim etmək baxımından da əhəmiyyətli platformaya çevrilib.

İkinci Moruq Festivalının ikinci günü bir daha sübut etdi ki, Göygöl təkcə füsunkar təbiəti ilə deyil, zəngin kənd təsərrüfatı və mədəni irsi ilə də Azərbaycan kənd həyatının ən gözəl nümunələrindən biridir. 

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Göygöl rayonu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri