Icma.az
close
up
RU
TMİF ikinci Şura Toplantısı rəngarəng mədəniyyət proqramı ilə yadda qaldı

TMİF ikinci Şura Toplantısı rəngarəng mədəniyyət proqramı ilə yadda qaldı

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, fevralın 7-də Astanada Qazaxıstan Respublikasının sədrliyi və təşkilata Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə Türk Mədəniyyəti və İrsi Fondunun ikinci Şura Toplantısı keçirilib.

Toplantı geniş və rəngarəng mədəniyyət proqramı ilə də diqqət çəkib. 

Fevralın 6-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olub. 

Təqdimatda qeyd edilib ki, bu kitab Türk dünyası tarixinin öyrənilməsinə mühüm bir töhfədir. Bildirilib ki, türk xalqlarının tarixinə və mədəniyyətinə dərindən bələd olan müəllif təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq bir əsər ərsəyə gətirib. 

"Daşa yazılan tarix" kitabı, sadəcə, faktlar və tarixlər toplusu deyil. Bu nəşr xalqlarımızın şanlı keçmişinin, kökümüzün, ümumi mədəniyyətimizin canlı hekayəsidir və irsimizi qiymətləndirməyi və hörmət etməyi, əcdadlarımızla fəxr etməyi öyrədən bir tarixdir. 

Müəllif Darxan Qıdırəli təqdimatda iştirak çıxış edən hər kəsə təşəkkürünü bildirib.

Həmin gün E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasında "Tamyr” adlı türk xalqlarının musiqisindən ibarət konsert keçirilib. Türk dünyasının zəngin musiqi irsini əks etdirən bu konsertdə səhnədə "TURAN" Folklor-Etnoqrafik Ansamblı, "GULDER" Ansamblı, "SALTANAT" Dövlət Rəqs Ansamblı, K. Kuanışbayev adına Qazax Milli Musiqili və Dram Teatrının kollektivi və E. Rəhmədiyev adına Dövlət Akademik Filarmoniyasının kollektivi çıxış ediblər.

Bu tədbir həm də türk dövlətləri arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə və onların sənət ənənələrinin beynəlxalq arenada təbliğinə töhfə verib.

Fevralın 7-də Türk Mədəniyyəti və İrsi Fondunun iki qurumla - TİKA və Türk Dünyası Fonduyla birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Divani Lüğat ət-Türk” beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. 

Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əsərin Türk dünyasını birləşdirən əsas açar rolunu oynadığını bildirib: "Böyük alim Mahmud Kaşğarinin XI əsrdə yaratdığı "Divani lüğat ət-türk” sadəcə ədəbi abidə deyil, türk xalqlarının kimliyinin, mədəniyyətimizin, adət-ənənələrimizin əksidir. Nəsillər arasındakı əlaqəni simvollaşdırır”.

Sərgi XI əsrin görkəmli türk alimi və mütəfəkkiri Mahmud Kaşğarinin əsəri "Divani Lüğat ət-Türk”ün 950 illiyinə həsr olunub. Bu möhtəşəm sərgi çərçivəsində türkdilli xalqların zəngin mədəni irsini, dil və ədəbiyyatını əks etdirən nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalar təqdim edilib. 

Xatırladaq ki, "Divanü lüğat-it türk” əsərinin yaranmasının 950 illiyi münasibətilə, eləcə də sözügedən əlamətdar hadisənin 2024-2025-ci illərdə YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi ilə əlaqədar Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 13 dekabr 2024-cü il tarixində Parisdə, YUNESKO-nun mənzil-qərargahında "Dünyanın leksikoqrafiyada xəritələşdirməsi: Divanü lüğat-it türk əsərinin 950 illik yubileyi” adlı beynəlxalq konfrans və sərgi təşkil olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Fevral 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri