Icma.az
close
up
RU
Göygöl və Samuxdan olan fermerlərə heyvandarlıq sığortası üzrə 53 min manat ödəniş edilib

Göygöl və Samuxdan olan fermerlərə heyvandarlıq sığortası üzrə 53 min manat ödəniş edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı artmaqdadır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə Göygöl rayonunda təşkil olunan Milli Yaylaq Festivalı çərçivəsində Göygöl və Samux rayonlarından olan fermerlərə heyvandarlıq sığortası üzrə növbəti ödənişlər həyata keçirilib.

Samux rayonundan olan fermer Qalib Abdullayevə 1 baş heyvanın yemdən zəhərlənərək tələf olmasına görə 4500 manat, fermer Təbriz Əzizova 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 9450 manat, fermer Emin Heydərova isə 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 13 min 500 manat məbləğində aqrar sığorta ödənişi edilib.

Göygöl rayonundan olan fermer Bəhruz Mustafa isə bir neçə baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə Aqrar Sığorta Fondundan 25 min 997 manat məbləğində sığorta ödənişi alıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun nümayəndəsi Fərid Osmanlı bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə iri (inək, camış) və xırda buynuzlu (qoyun, keçi) heyvanları sığortalamaq mümkündür. Bu mexanizm heyvandarlıq təsərrüfatlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və digər risklərdən sığortalayır. İndiyədək çoxsaylı fermerlər heyvandarlıq sığortasından faydalanıb və tələf olmuş heyvanlara görə Aqrar Sığorta Fondundan sığorta ödənişləri alıblar. 2024-cü ildə Fond tərəfindən edilmiş 6,4 milyon manat sığorta ödənişinin 1,2 milyon manatı heyvandarlıq sığortası üzrə edilib.

Fermer Emin Heydərov çıxışında 3 baş heyvanın tələf olduğunu, bu səbəbdən Aqrar Sığorta Fondundan 13 min 500 manat sığorta ödənişi aldığını söyləyib. O, aqrar sığorta mexanizminin işindən olduqca razı qaldığını vurğulayaraq, digər fermerləri də bu imkandan istifadə etməyə çağırıb.

Məlumata əsasən, 2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən artım 84 faiz təşkil edib.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manata çatıb. Ötən illə müqayisədə artım 65 faiz, sığorta təminatı məbləği isə 19 milyon 747 min AZN təşkil edib.

Qeyd olunub ki, heyvandarlıq sığortası üzrə tariflər 4,6-4,8 faiz arasındadır. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi məbləğ ödəməklə iri və xırda buynuzlu heyvanlarını sığorta edə bilərlər. Nəticədə 1000 manatlıq inək və camışın sığortası 24,5 manat, 300 manatlıq qoyunların sığortası isə cəmi 6,9 manata başa gəlir.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see273

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see189

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see183

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see161

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see130

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see126

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see125

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see123

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see123

Bakıda BİABIRÇI görüntülər: Pasiyentin çılpaq görüntüsünü yayıb, rəqs elədi AÇIQLAMA

19 Avqust 2025 16:44see122

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see121

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see121

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see119

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see119

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see119

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri