Icma.az
close
up
RU
Göygöldə Konyak Günü keçirildi

Göygöldə Konyak Günü keçirildi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göygöl rayonu  təbiəti, tarixi və mədəniyyəti ilə yanaşı, kənd təsərrüfatı və turizm sahəsindəki zəngin potensialı ilə Azərbaycan xəritəsində özünəməxsus yer tutur.      Lakin bu gözəl bölgəni fərqləndirən əsas amillərdən biri onun üzümçülük və şərabçılıq ənənələridir. Alman irsinin izlərini daşıyan Göygöl şəhərində əsası 19-cu əsrdə qoyulmuş bu sənət sahəsi bu gün də yaşayır, inkişaf edir və ölkənin brendinə çevrilir.

Göygöldə şərab istehsalının tarixi 1860-cı illərə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin əsası kimi qəbul olunur. 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) ilk konyak zavodu “Forer qardaşları” tərəfindən, 1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən ikinci zavodun əsası qoyulmuşdur. Bu tarixi mərhələlər Göygölü ölkənin konyak və brendi istehsalının mərkəzlərindən birinə 

Bu zəngin irsin qorunması və təbliği məqsədilə  Göygöl şəhərində ilk dəfə “Göygöl Brendi-Konyak Günü” adlı möhtəşəm tədbir keçirildi. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər tərəfdaşların dəstəyi ilə baş tutan tədbir, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerli və xarici qonaqları bir araya topladı.

Tədbirin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Almaniya, İsveç, Latviya, Avstriya və İsveçrə səfirləri, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Şərab İstehsalçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev çıxış edərək Göygölün bu sahədəki tarixi rolundan, potensialından və gələcək perspektivlərindən bəhs etdilər.

Tədbir çərçivəsində yerli istehsalçılar tərəfindən təqdim olunan brendi və konyak nümunələrinin dequstasiyası keçirildi, satış yarmarkaları təşkil olundu. Peşəkar ustad dərsləri, brendi üzrə yarışlar və maraqlı seminarlar ziyarətçilərə həm maarifləndirici, həm də əyləncəli anlar yaşatdı.

Park ərazisində qurulan milli mətbəx guşələri, əl işləri sərgiləri, klassik musiqi axşamları və canlı musiqi proqramları isə tədbiri tam bir festival ab-havasına bürüdü. Hər bir iştirakçı Göygölün yalnız dad baxımından deyil, mədəniyyət və turizm baxımından da nə qədər zəngin olduğunu bir daha hiss 

Qeyd edək ki, bu il “Müstəqil Dövlətlər Birliyinin İdman Paytaxtı” elan edilən Gəncə şəhərində keçirilən III MDB Oyunlarının bəzi idman yarışları da Göygöldə baş tutub. Maraqlıdır ki, bu beynəlxalq turnirlə “Brendi-Konyak Günü” eyni tarixlərə təsadüf edib. Nəticədə şəhərə axın edən yerli və xarici turistlər həm idman yarışlarının, həm də yerli məhsul və mədəniyyətin dadını çıxara biliblər.

Əslində  “Göygöl Brendi-Konyak Günü”  tədbiri milli irsimizi qorumağa, onu dünyaya tanıtmağa və gələcək nəsillərə ötürməyə yönəlmiş çağırışdır. Bu təşəbbüs, Göygölün brend kimi formalaşmasında və beynəlxalq platformada tanıdılmasında mühüm addımlardan biri kimi yadda qalacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri