Icma.az
close
up
RU
Göygöldə yerli fermerlərlə işgüzar görüş

Göygöldə yerli fermerlərlə işgüzar görüş

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunu əhatə edən və yerli təsərrüfatçıalrın qarşılaşdıqları məsələləri, xüsusən onlara göstərilən dövlət dəstəyi alətləri ilə bağlı faydalı məlumatları izah edən panel müzakirəsi Göygöl Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tətrəfindən təşkil olunub.

525.az xəbər verir ki, tədbirin gedişində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb. Proqram çərçivəsində aqrar istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, resurslardan daha effektiv istifadə və sahələrin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov da iştirak və çıxış ediblər. Çıxışlarda aqrar sektorun inkişafı, fermer və sahibkarlar üçün yaradılan dövlət dəstəyi imkanları, innovativ texnologiyaların tətbiqi və regionlarda kənd təsərrüfatı istehsalının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Panel çərçivəsində bitkiçilik, balıqçılıq və akvakultura, heyvandarlıq və intensiv meyvə bağlarının inkişafı üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Hər bir istiqamət üzrə mövcud imkanlar, dövlət dəstəyi mexanizmləri, maliyyələşmə və sığorta alətləri, həmçinin fermerlərin təsərrüfat fəaliyyətində qarşılaşdıqları çətinliklər müzakirə olunub.

Tədbirdə fermer və sahibkarların ünvanladığı suallar dövlət proqramının torpaq və suvarma, meyvə-tərəvəz, balıqçılıq işçi qrupunun üzvləri və digər iştirakçı qurumların nümayəndələri tərəfindən cavablandırılıb, aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanması ilə bağlı tövsiyələr verilib.

Toplantıda səsləndirilən mülahizə və təkliflərin nəzərə alınması, fermerlər üçün dövlət dəstəyi imkanlarından səmərəli istifadə olunmasının zəruriliyi qeyd olunub.

Zakir Muradov, Göygöl - Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri