Gözəllik mərkəzində bunu etsəz, kor ola bilərsiniz DİQQƏT!
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Son illərdə estetik müdaxilələrə marağın artması ilə yanaşı, dolğu prosedurlarına da tələbat yüksəlib. Lakin bu prosedurların qeyri-peşəkar şəxslər tərəfindən həyata keçirilməsi ciddi fəsadlara yol aça bilər.
Yenisabah.az xəbər verir ki, türk estetik və plastik cərrah Dr. Haldun Kamburoğlu, xüsusilə üz bölgəsində edilən yanlış dolğu tətbiqlərinin korluğa qədər aparan təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirib.
Dr. Kamburoğlu bildirib ki, dolğu prosedurlarında əsas risklərdən biri dolğunun damar içərisinə yeridilməsidir. Bu halda dolğu maddəsi qan dövranını poza bilər və xüsusilə göz bölgəsində görmə itkisinin yaranmasına gətirib çıxara bilər.
Mütəxəssis əlavə edib ki, dolğu etdirmək istəyən şəxslər mütləq həkim estetik cərrahlara müraciət etməlidirlər. Bəzi gözəllik salonlarında və ya qeyri-qanuni yerlərdə bu cür müdaxilələrin edilməsi həm sağlamlıq, həm də hüquqi baxımdan risklidir.
O, həmçinin vurğulayıb ki, belə hallarda vaxtında müdaxilə də olduqca vacibdir. Görmə itkisi baş verərsə, ilk bir neçə saatda doğru müalicə tətbiq olunmasa, bu vəziyyət qalıcı ola bilər.
Dr. Kamburoğlu estetik prosedur keçirməyi düşünən vətəndaşları diqqətli olmağa çağıraraq, bu sahədə ixtisaslaşmış mütəxəssislərə müraciət etməyin vacibliyini xatırladıb.
Aytac Şahin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 May 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















