Icma.az
close
up
RU
Gözləmə 2.0 “Səksənincilər layihəsindən Çingiz Sultansoyun hekayəsi

Gözləmə 2.0 “Səksənincilər layihəsindən Çingiz Sultansoyun hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Çingiz Sultansoyun "Gözləmə 2.0" hekayəsini təqdim edir.

Nasir, publisist, jurnalist, teleaparıcı və ssenariçi Sultanov Çingiz Rüstəm oğlu 1952-ci il oktyabrın 27-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974) bitirib. 80-ci illərdən AMEA-da, sonra ilk müstəqil mətbuat orqanlarında və televiziyada çalışıb. 90-cı illərdə bir neçə populyar televiziya proqrqmının (“Jurnalist təhqiqatı”, “Həftə”, “Kontakt” və s.) aparıcısı olub.

1998-2004-cü illərdə Bakı Mətbuat Klubunda çalışıb, saysız-hesabsız məqalənin çapının təşəbbüskarı olub. “Azadlıq” radiosunun Bakı bürosunda işləyib. Hazırda Almaniyada yaşayır.
Çingiz Sultansoy ədəbiyyata nasir kimi gəlib, ilk hekayəsi 1980-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub, məqalələri, hekayələri və povestləri qəzet-jurnallarda çap olunub. “Evimiz, doğma evimiz” (1988) nəsr kitabının müəllifidir. 2000-cı illərin ortalalarından rus dilində daha çox yazır, müntəzəm hekayələri, publisist yazıları, təhqiqatları Azərbaycanda və bir sıra ölkələrdə işıq üzü görüb.

Əməkdar artist Vahid Əliyev vəfat etdi Müğənni Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?

Eyni zamanda ölkədən kənarda da nümayiş etdirilən bir neçə filmin ssenari müəllifidir. 2004-cı ildə “Publisistika” nominasiyasında “Media açarı” mükafatı alıb. 2009-cu ildə nominasiyalardan kənar fəxri “Media açarı” mükafatına layiq görülüb.

“A True Story” silsiləsindən hekayə
"Səncə, neçə saatdan sonra öləcəyəm?" - Ernest Heminqueyin doqquz yaşlı oğlunun sualı
Bu olay otuz altı il əvvəl baş verib. Kiçik qızım Güney məktəbə yeddi yaşı tamam olmamış getmişdi. Həyat yoldaşım o zaman Kənd Təsərrüfatı Nazirliyinin şəhərdən kənarda yerləşən elmi-tədqiqat institutunda laborant işləyir, dissertasiya yazırdı, institutun avtobusuyla Pirşağıya səhər gedib, axşam qayıdırdı. Bu səbəbdən Güneyi və iki sinif yuxarı oxuyan Jaləni məktəbə daha çox mən, həm də ayrı-ayrı aparıb-gətirirdim, çünki növbələri fərqli idi.

Çətin deyildi - Funikulyorun yanındakı binada - ata evimizdə yaşayırdıq, 190 saylı orta məktəb “Pasaj” bazarı, Uroloji Xəstəxanadan bir tin yuxarıda, işlədiyim elmi-tədqiqat laboratoriyası isə “Bakı Soveti”, indiki “İçərişəhər” metrosunun yanında idi. Bütün bu ev-məktəb-iş-məktəb-ev marşrutları şəhərin mərkəzindəki kiçik, ən qısa tərəfi altı yüz-yeddi yüz metr, ən uzun tərəfi kilometryarım-iki kilometrdən artıq olmayan üçbucağa sığırdı, avtobus-trolleybus da bol. Əlbəttə, işdən icazə almışdım, yoldaşımın da dissertant kimi kitabxana günləri vardı, anam, nadir hallarda atam də kömək edirdilər.
Adətən, günün sonunda işdən dərhal sonra ikinci növbədə oxuyan Güneyi məktəbdən götürürdüm. Bəlkə də valideynlər arasında uşaqların dalınca hamıdan tez gələnlərdən biriydim, çünki altıda, bəzən daha tez çıxıb məktəbə yollanırdım, Güneyi evə çatdırıb bəzən laboratoriyaya qayıtmağım da olurdu – nadir hallarda, iş çox ya da yoldaşlarımla yeyib-içmək tədbiri olanda.
Bir dəfə işə başım qarışdı, yubanıb yarım saat gec çıxdım və məktəbə tələsdim. Dekabrın ortalarıydı, hava tez qaralırdı. Küçə fənərləri yanmırdı, bu saatlarda maşınla dolu Kommunist (indiki İstiqlaliyyət) küçəsini yalnız faralar işığlandırırdı. Motorlu işıq seli qarşısında ayaq saxlayası oldum, bu selin, pəncərə işıqları daha gur görünən binaların, soyuq Bakı axşamının gözəlliyi gözlərim qarşısında olsa da, baxsam da, görmürdüm, duymurdum. Fikir və qayğılarla dolu adam gözəllik görər?!
Yüz-yüz əlli metr aralı, metroyla üzbəüz Kommunist və Buynakski (indiki Şeyx Şamil) üçələrinin kəsişməsində yeraltı keçid vardı, amma yolumu uzatmamaq, vaxta qənaət üçün ora getmədim. Məktəbə qısa yolla çatmaqdan ötrü gur trafikli küçə boyu addımlayaraq maşınların az da olsa seyrəlməsini güdürdüm ki, o tərəfə keçim.
Gecikməyimin səbəbi laboratoriyanın işi deyildi. İki uşaqlı ailə, maaşım ortadan aşağı – yüz qırx manat, yoldaşımın da doxsan manat. Sovet dönəminin bu cür maaşlarla dolanmağın çətinliyi o illərdə yaşamış hər kəsə bəllidir. Hələ görün, kirayədə yaşayanlar nə çəkirdi? Ona görə də maddi xeyri olmayan, seyrək qonorarları yazıldığı kağız xərcini ödəməyən hekayələr yazmaqdan və işdən başqa həmişə əlavə qazanc axtarışındaydım.

Bu iş də onlardan biriydi, konkret nə olduğunu unutmuşam. O vaxtlar şeirləri ruscaya filoloji tərcümə edir, Moskvaya, hamının qısa “VAK” adıyla tanıdığı, tam adı SSRİ Təhsil Nazirliyi nəzdində Ali Attestasiya Komissiyası olan təşkilata təsdiq üçün göndəriləsi namizədlik və doktorluq dissertasiyaları, Bakıda çap ediləsi metodik vəsait, monoqrafiyaları rus dilinə çevirir, hərdən kurs işi, ya da “Литературный Азербайджан” jurnalının məsul katibi Aleksandr Qriçin tapşırığıyla maraqsız, heç kimin resenziya yazmaq istəmədiyi kitablara sol ayağımla resenziya yazır, riyaziyyat – cəbr, həndəsə fənnlərindən özəl dərs deyir, daha doğrusu, repetitorluq edirdim. Nə iş olsa yapışırdım ki, evə pul gətirim.
O ömürlük yadımda qalan axşam da gedə-gedə fikirləşirdim ki, hə, gecikmişəm, nolsun? Uşaq küçədə deyil, tək də deyil, məktəbin içində, nəzarətdədir, - o vaxt məktəbdəki nizam-intizam indiki kimi deyildi, etibar eləmək olardı, hələ pozulmamışdı - yanında müəllimlərdən, növbətçilərdən həmişə kimsə var. Nə olacaq? Bir az da gözləyər, özümü çatdırıram indicə. Bu tərcümə işini də kefimdən götürməmişəm, evə, ailəmə xərcləyəcəm, kefə, yeyib-içməyə, qumara yox. O illərdə qumar oynayırdım, “iyirmi bir”, daha çox poker, coker, amma bir olaydan sonra birdəfəlik tərgitdim, tərgitməyimin də, oynamağa başlamağımın da səbəbi vardı, məni ekstrimə, böyük dalğalarda üzməyə, həyatımla risk eləməyə qurşandıran səbəb. Bunu bir ayrı vaxt danışaram, indiki söhbətə dəxli yox.
Kommunist küçəsini sürətlə ötən maşınların arasından, - narazı qısa, qıcıqlı orta, hirsli daha uzun, yeddimərtəbəli söyüş kimi uzun və qəzəbli siqnal səslərini boş verərək, - qaça-qaça keçdim. Yolun qalanı asan idi, marşrut avtobusu kimi daimi dolandığım üçbucağın ən qısa tərəfini yeyin addımlara qət edib vaxtilə özüm də oxuduğum, “azsektor” məktəbləri arasında elit sayılan, fars dili təmayüllü məşhur 190 saylı məktəbə çatdım. Məktəbin həyəti boş, hər tərəf qaranlıq idi, qapının düz üstündə divara vurulumuş projektor kimi gur fənər də yanmıırdı, məktəb binasının işıqları da, yalnız foyedə bir-iki zəif lampa işarırdı. İndiki kimi yadımdadır - Güney yarıqaranlıq böyük foyedə təkcənə dayanıb, əynində də böyük bacısının “importnı” nimdaşı – qırmızı, şirin ayı balasına oxşadan kombinezon. Uşaq yeniyetməliyinə qədər bacısının köhnələrini geyindi, dərd eləmədi, təbii. Bütün uşaqları aparıblar, qalıb tək, böyük foyedə daha da balaca görünən, tənha bir qızcığaz... Məni görən kimi üstümə yüyürdü, ayaqlarımı qucaqlayıb hönkür-hönkür ağladı. Nədənsə uşağı qucağıma da o anda almadım, götürəndə isə mən gəlməmişdən əvvəl də ağladığını anladım – üzünün rəngi solub, gözləri şişib, yupyumru yanaqlarında, - anam onlara “modur” deyirdi, - qurumuş gözyaşı izlərinin üstündən təzəsi axır...
Səsə otağından yaşlı növbətçi qadın çıxdı:
- Güney, sənə demişdim, ağlama, atan gələcək? Gördün, gəldi? Ağlama!
Mən də ovundururam:
- Niyə ağlayırsan, Güney? Görürsən, papa gəldi!
Güney isə boynumu qucaqlayıb, içini çəkə-çəkə, hönkür-hönkür, acı-acı ağlayır, hıçqırır, dayanmaq bilmirdi. Bir az küyçülüyü vardı, yaxşı bilirdim, ona görə çox da elə önəm vermədim:
- Güney, ağlama! Sakit ol, gəldim də!
Amma bu dəfə boynumma sarmaşıb elə acı-acı, elə pis ağlayırdı ki... Uşağın arada nəfəsi sanki gedib gəlmirdi, dayanırdı, sonra yenə hönkürürdü.
- Aaaa!..
- Güney, ağlama! Yaxşı, bəsdir!
- Aaaa!! Aaaa-aaa!!.
Belə ağlamağını hələ görməmişdim. Həmişə uşaqların ağlamağını, şıltaqlığını sakit, soyuqqanlı qarşılayan mən, bu dəfə qorxdum ki, birdən nəfəsi kəsilər? Nə baş verib? Kimsə incidib? Hıçqırır, ağlayır, göz yaşı, burnundan axan su bir-birinə qarışıb, hıcqırıqlardan boğula-boğula, böyük təhlükədən qurtulmuş kimi, birtəhər dedi:
- Papa, niyə gəlmədin?! Axı gözlədim, gözlədim! Aaaa-aa!! O qız mənə dedi ki, atan gəlməyəcək! Elə bildim, gəlməyəcəksən! Heç vaxt gəlməyəcəksən!! Aaaaa!! Mən də həmişəlik tək qalacam! – deyib yenə acı-acı hönkürdü.
Uşağın sözləri mənə ağır şapalaq kimi dəydi. Bir qərinədən də çox vaxt keçib, hələ də necə utandığımı, ürəyimin necə sıxıldığını dünən olmuş kimi xatırlayıram. Axı uşağın öz dünyası, öz anlayışları, məntiqi olur. Öyrəşib ki, onu tez aparırlar, bəlkə də öyünürmüş ki, hamıdan tez aparırlar, uşaqlar nəyləsə, bəzən çox xırda, böyüklərə qəribə gələn şeylərlə öyünməyi xoşlayır, bəzən bir daşla, küçədə tapdığı, kiminsə itirdiyi parıltılı bir düyməylə qürrələnir. O gözləyənə qədər uşaqların hamısı aparılıb, həmişə evdə əzizlənən sonbeşik ömründə birinci dəfə darıxdırıcı, görünür, uşaq aləmində həqarətli sayılan axıra qalıb. Bu gözləmənin, intizarın içində özündən bir-iki yaş böyük qız, - onu da qınamıram, o da uşaqdı, amma uşaq qəddarlığı da bəlli, - nədənsə Güneyi yandırmaqçün deyəndə ki, “Atan gəlməyəcək!” sözəbaxan, sadəlövh, aldadılmadığı üçün hər sözə inanan Güney, atasının gəlməyəcəyinə, daha heç vaxt gəlməyəcəyinə, ömürlük tək qalacağına inanıb. Uşaq ki, uşaq!..
Ernest Heminqueyin “Gözləmə” adlı hekayəsi var. Qrip olan doqquz yaşlı oğlu eşidib ki, qızdırmanın hərarəti 44 dərəcəyə qalxanda adamı öldürür, özünün isə hərarəti 102 dərəcədir! Uşaq öləcəyini düşünüb ölümünü gözləyir! Qısa ömrünün bir hissəsini Avropada, Parisdə, bir hissəsini Amerikada keçirən uşaq bilmir ki, iki ölkənin hərarətölçənləri fərqlidir, Selsi və Farenheit şkalalarıyla fərqlənir, Amerikadakı termometrlərin Farenheit şkalasındakı 98 dərəcə Selsiylə 37 dərəcədir – normanın həddi. Heminquey oğlunun problemini anlayana və uşağı başa salana qədər oğlan oturub ölümünü gözləyib. Səhərdən axşama kimi...
Bu hekayəni gəncliyimdə oxumuşdum, amma məni təsirləndirməmişdi – bəlkə də ona görə ki, ata deyildim. Nə 1987-nin o dekabr axşamı Güneyin məktəbdə məni gözləmə olayında, nə də bir ay, bir il sonra Heminqueyin bu hekayəsini xatırlamadım. Hətta iyirmi ildən çox keçəndən sonra, yaddaşımda dərin iz buraxmış əhvalatı AzadlıqRadiosu üçün qələmə alanda da xatırlamadım, yazmadım. Amma indi, hadisənin üstündən az qala qırx il ötəndən sonra bu hekayəni yenidən çapa hazırlayanda yadıma düşdü, təkrar oxudum və öz hekayətimə qatdım.
Bilmirəm, hansı daha dəhşətlidir? Doqquz yaşında ata-ananın yanında qızdırmadan öləcəyini gözləmək, yoxsa yeddi yaşında valideynlərinin səni atıb getdiyini duymaq?
Yeddi yaşında atılmaq, bu böyük, təhlükəli, qorxularla dolu dünyada tək qalmağın uşaqçün ölməkdən daha qorxulu olduğunu iddia edə bilmərəm, amma hər halda çox qorxuludur. Hər iki olayda qorxu, təhlükə real deyil, xəyalidir, uydurmadır. Uşaqlıqda dünya həqiqi, real təhlükə və qorxulardan başqa, uydurma, təxəyyül məhsulu olan uşaq qorxularıyla dəfələrlə çox dolu olur.

Heminquey oğlunun sabahısı gün əsəbi olduğunu, bir neçə dəfə heç nədən ağlamağa başladığını yazıb, tamam yadımdan çıxan bu yeri təkrar oxuyuram və bir qərinə əvvəl qucağımda kirimək, ovunmaq bilməyən, gözyaşı yanağımı, çənəmi isladan, hıçqırıqlardan titrəyən, ürəyimi titrədən qızı xatırlayıram. Bu travma sabahısı günü özünü necəsə bildirdi, göstərdi? Bilmirəm. Olmayıb ya olub, xəbərim yoxdur? İndi soruşsan da gecdir, Güney xatırlamaz.
Oğlunun ölümü gözləməsində, iztirablarında Heminqueyin heç bir təqsiri yox idi. Güneyin bu dərəcədə qorxmağı, sarsıntısı, qismən də olsa, mənim səhlənkarlığımın sonucudur.
Bu sayaq qorxuların hər dəqiqəsi, saniyəsi işgəncədir, Güney isə məni yarım saatdan da çox gözləyib. Uşaq dünyasında bəlkə də bir ömrə bədəl dəqiqələr...

Əməkdar artist Vahid Əliyev vəfat etdi Müğənni Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://kulis.az
archiveBu xəbər 05 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri