Icma.az
close
up
RU
Gözlər Ankarada keçiriləcək NATO Liderlər Zirvəsin dikilib

Gözlər Ankarada keçiriləcək NATO Liderlər Zirvəsin dikilib

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“NATO şərqə doğru bir qədər də genişlənəcək”

ABŞ Prezidenti Donald Trampın İranla müharibədə NATO-nun yardım etmədiyini və bu səbəbdən ölkəsinin alyansdan çıxması barədə düşünəcəyini söyləməsi alyansa üzv ölkələrinə sərt mesaj idi. ABŞ-sız NATO-nun gələcinin olmadığı söylənildi. Almaniyanın keçmiş kansleri Angela Merkel deyib ki, ABŞ-ın NATO-dan çıxması özünün də maraqlarına uyğun deyil.
"Bu, Avropanın maraqlarına uyğun deyil və tam şəkildə inanıram ki, Amerikanın da maraqlarına ziddir. Artan qlobal çağırışlar fonunda ölkə problemlərin öhdəsindən təkbaşına gələ bilməz", - deyə Merkel bildirib.
Norveçin maliyyə naziri və NATO-nun keçmiş baş katibi Yens Stoltenberq isə deyib ki, NATO ABŞ olmadan yaşaya, AB isə alyansın rolunu yerinə yetirə bilməz.
O bildirib ki, NATO-nun hazırkı forması ABŞ olmadan mövcud ola bilməz: “Xeyr, söhbət təxminən 80 ildir tanıdığımız NATO-dan getmir, söhbət Avropa və ABŞ-ın birlikdə dayanması və bütün təhdidlərə qarşı durması ilə bağlıdır. Buna görə də Avropa ilə ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir. AB-yə böyük hörmətlə yanaşıram, amma inanmıram ki, AB ümumi təhlükəsizlik və müdafiə zəmanətləri məsələlərində NATO-nu əvəz edə bilər”.
Məlum səbəblər üzündən Trampın NATO-ya üzv ölkələrindən incikliyi hələ də qalır. Gözlər dikilib 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsinə.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib ki, Ankarada NATO-nun gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini gözləyirik.
O bildirib ki, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi alyansın tarixində mühüm əhəmiyyət kəsb edir: “Bölgəmizdə və dünyada baş verən son hadisələr Ankara zirvəsinin əhəmiyyətini daha da artırıb. Ankarada alyansın gələcəyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyini gözləyirik. Bugünkü dünya NATO-nun qurulduğu köhnə dünyanın davamı deyil. Yeni bir dünya qurulub və NATO-nun bu yeni dünyada mövqeyi çox fərqlidir. Təhdidlər daha mürəkkəbləşib, risklər şaxələnib, qlobal sistem aşınıb. Bir sözlə, dünya kəskin şəkildə dəyişib. Ədalətli yük bölgüsü, səmimi əməkdaşlıq və NATO daxilində təhlükəsizliklə bağlı ortaq bir anlayış alyansın gələcəyi üçün çox vacibdir. Türkiyə olaraq, təhdidlərə qarşı daha qətiyyətli və daha yaxşı hazırlanmış bir NATO üçün öz töhfəmizi verməyə hazırıq".
Bir yandan da Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-nun Türkiyədə keçiriləcək zirvə görüşünə dəvət almasını Alyansın Rusiyaya bir daha meydan oxuması kimi də qəbul etmək olar. İyul ayında Ankarada keçiriləcək sammit hərbi alyansın tarixində ən önəmli görüşlərindən biri olacaq. İlk dəfədir ki, NATO həm Rusiya, həm də öz üzvü olan ABŞ-a qarşı bir araya gəlir. Bu sammitdə NATO ABŞ olmadan da mövcud ola biləcəyini ortaya qoymalıdır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və Tramp hər dəfə zirvəyə qatılacağını bildirib.
Nazir vurğulayıb ki, siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiqliyini qoruyur və alyansdan çıxmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur.
O əlavə edib ki, Vaşinqton müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edir, Avropa ölkələri isə artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Ərəstun Əlizadə deyib ki, son zamanlarda NATO ya daxil olan ölkələr arasında "soyuq münasibətlərin" yaranması elə bir görüntü yaratdı ki, sanki NATO parçalanmaq üzrədir: “Deyərdim ki, bu heç zaman belə olmayacaq və tam tərsi NATO şərqə doğru bir qədər də genişlənəcək. 2020-ci ilə kimi bəzi Avropa dövlətləri NATO-nun beyin ölümü keçirdiyini və bu qurumun lazımsız bir hala gəldiyini söyləyirdilər. Ancaq Şərqi Avropada cərəyan edən hadisələr, Rusiya-Ukrayna savaşının ikinci fazasının başlanması bunun heç də belə olmadığını ortaya qoydu. NATO öz tərkibinə yeni dövlətlər alaraq bir qədər də genişləndi. NATO hərbi, Avropa Birliyi ölkələri isə iqtisadi gücdür və hər iki güc mərkəzi də yeni dünya nizamının qurulmasında müstəsna rola malikdirlər. Təsadüfü deyildir ki, hər iki güc mərkəzi də Varşava blokunun çöküşü, SSSR-nin parçalanmasından sonra istər Şərqi Avropa ölkələri, istər Yaxın Şərq, istər Cənubi Qafqaz, istərsə də Orta Asiya ölkələri ilə bağlı mühüm və perspektivli proqramlayihələr həyata keçirtməkdədirlər. Düzdür NATO da güc oranın böyük bir hissəsi ABŞ məxsusdur və bu proseslərin lokomotivi də ABŞ-dır, ancaq yenə də Avro Birliyi ölkələri də bu işə öz töhfələrini dayanmadan verməkdədirlər. Bir baxın, zamanında SSSR yanında "yer alan" Şərqi Avropa ölkələri məhz NATO və AB-nin ortaya qoyduğu iradə nəticəsində hər iki güc mərkəzinə bir bir üzv oldular. Və gözləniləndir ki, NATO bloku yaxın perspektivdə bir qədər genişlənəcək. Buraya Ukrayna və Cənubi Qafqaz ölkələrini də aid edə bilərik. Ola bilər ki, bu proqnoza gülüb keçənlər ola bilər. Mən isə bir daha deyirəm bu olacaqdır”.
O, qeyd edib ki, Ukraynanın NATO üzvlüyü isə daha tez gerçəkləşəcək: “Təsəvvür edirsiniz Ukrayna Rusiya kimi nəhəng bir ölkə ilə üz-üzədir və bu gün Ukraynada baş verən savaş eyni zamanda Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Rus imperializminin caynağından xilası deməkdir. Nə NATO ölkələri nə də Avropa Birliyi ölkələri heç zaman bir birilərindən ayrıla bilməzlər. Bu sadəcə taktiki bir gedişdir və bu gedişdə də uduzan tərəf məhz Rusiya olur. Rusiya nəhəng bir çinar ağacıdır və bu çinar ağacının birdən-birə aşırılması onun çevrəsinə ciddi zərbələr vura bilər. Odur ki, bu proses zamanla və tədricən həll edilməlidir. Elə edilməlidir ki, onun ziyanları da minimum olsun. Rusiya bir nüvə dövlətidir və onun aqressiv halda saxlanılması onun nüvə silahına əl atması ilə nəticələnə bilər. Bu isə nə ABŞ- a, nə də Avro Birlik ölkələrinə lazımdır. Çünki nüvə silahından istifadə bir tək Rusiya ilə bitməyəcək. Belə olan halda isə... Bu yaşadığımız dünya üçün çox ağır nəticələr doğura bilər. Odur ki, Rusiya ilə münasibətlər enişli, çıxışlı kimi görünəcək. Lazım olanda sıxacaqlar, lazım olanda isə buraxacaqlar. Ta ki, bu proses nəhəng Rusiya imperiyasını parçalara böləcəkdir... Qərbdə kökə və zopa deyə bir taktiki düşüncə var. Bəli, Rusiya parçalara bölünəcək. Bəzi dostlar var idi ki, mən hələ 2015, 2017, 2018, 2019-cu illərdə Rusiyanın parçalara bölünəcəyini deyəndə onlar mənə gülüb keçirdilər. Ancaq bu gün olanlar hər kəsin gözləri qarşısında olur. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan demək olar ki sıfırlanmaq üzrədir.
Bilirsiniz, SSSR kimi nəhəng bir imperiyanı bir nöqtənin içərisində batıranlar, istəsəydilər hələ ötən əsrin 90-cı illərində Rusiyanı parçalara bölərdilər. Ancaq onlar bunu etmədilər. Və Rusiyanın yeni dünya düzəninə tam bir formada inteqrasiyası üçün çalışdılar. Ancaq bu olmadı, daha doğrusu, Rusiya dərin dövləti Qərbin bu jestinə normal və hesablanmış bir formada cavab verə bilmədi. Və neft pullarından özünə gələn Rusiya, yenidən dünya hegemoniyasına can atdı. Cənubi Qafqazı, Orta Asiyanı və Ukraynanın işğal edə biləcəyini düşündü, Yaxın Şərqdəki proseslərə təsir göstərməyə çalışdı. Nəticədə... Bir daha deyirəm. Əmin olun, Rusiya parçalara bölünəcəkdir. Və Rusiyadan ilk qopan ərazi məhz Kalininqrad olacaqdır...
Rusiyanın indiki halı ilə NATO ya meydan oxuması absurddur. Ukraynanın Ankarada keçiriləcək NATO tədbirinə dəvət alınmasına gəlincə isə... Ukrayna artıq sıradan bir dövlət deyil. Bu dövlət həm Avro Birliyi ölkələrinə, həm də NATO-ya özünü kifayət qədər isbat etmiş bir ölkədir. Ukrayna ilk növbədə Avropanın taxıl anbarıdır. Hərbi güc nöqteyi nəzərdən isə... NATO kimi bir qrum nədən Rusiya kimi bir dövləti dizüstə qoyan Ukraynadan imtina etsin ki? ABŞ, Türkiyə və Ukrayna... NATO qlobal bir missiya üstlənib və o bu missiyanı məhz və həm də bu kimi dövlətlər ilə həyata keçirdəcək. Nə NATO dövləti olan ABŞ, nə NATO dövlətləri olan AB ölkələri Ukraynanı heç zaman tək buraxmayacaq! Əgər hazırki ABŞ prezidenti Trampın sərgilədiyi mövqeyə görə fikirləşilirsə ki, ABŞ Ukraynanı tək qoyacaq, bu yanlışdır. Ukraynaya javelinlərin ilk partiyası məhz Trampın ilk hakimiyyəti dönəmində göndərilmişdir. ABŞ hazırda onun qlobal missiyasına qarşı duranları bir bir sıradan çıxarmaqdadır”.
Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2026 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri