Icma.az
close
up
RU
Gözlər dünyanın zirvəsində: Nə ilə yadda qalacaq?

Gözlər dünyanın zirvəsində: Nə ilə yadda qalacaq?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

G7 Zirvəsi deyildikdə, dünya siyasətinin ən böyük səhnəsi ağla gəlir. 

Bu dəfə ünvan Fransanın Cenevrə gölü sahilində yerləşən Evian şəhəridir. Çünki Fransa bu il "dünyanın yeddi aparıcı sənaye ölkəsi" kimi təsvir edilən qrupun rotasiyalı sədrliyini həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, 2026-cı il eyni zamanda, Avropa liderlərinin ABŞ Prezidenti  Donald Trampla yenidən görüşməsi deməkdir. G7 ölkələri ABŞ, Fransa, Birləşmiş Krallıq, Almaniya, Yaponiya, Kanada və İtaliyadan ibarətdir.

İqtisadi güclərin bu görüşü, həmişə olduğu kimi, özü ilə yüksək səviyyəli təhlükəsizlik tədbirləri tələb edir. Çünki Evian və ətrafında yenidən kütləvi etirazlar elan edilib. Etirazlar qlobal miqrasiya hərəkatlarına, iqlimin qorunmasına, varlılarla kasıblar arasındakı uçuruma və bəzən zorakılığa çevrilən bu məsələlərə reaksiyalara yönələcək.

Eynilə Rusiyanın da qatıldığı 2003-cü ildə Evian şəhərində keçirilən G8 Zirvəsi zamanı olduğu həmin dövrdə çoxsaylı müəssisələr talan edilib və nəticədə on milyonlarla avro dəyərində ziyan dəymişdi.Ukraynanın gələcəyi Evian sammitində əsas mövzulardan biri olacaq.

Almaniya hökumət dairələrinin qiymətləndirmələrinə görə, son aylarda Rusiya ilə müharibədə hərbi balans dəyişib. Ukraynanın əldə etdiyi bəzi uğurlar Rusiya prezidenti Vladimir Putinlə  sülh danışıqlarının başlanacağına ümidlər yaradıb. Lakin avropalılar bu prosesdə masada olmaq istəyirlər.

Fransa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin çərşənbə axşamı səhəri G7 sessiyalarından birində iştirak edəcəyini açıqlayıblar. Lakin bunun video bağlantı vasitəsilə və ya şəxsən olacağı hələlik məlum deyil.

Ev sahibi Fransa Prezidenti Emmanuel Makron bildirmişdi" "Bu, bizim üçün çox vacibdir, çünki G7 daxilində Ukraynaya dəstək məsələsində ortaq bir anlaşmanı bərpa etməliyik".

Başqa sözlə, məqsəd Ukraynadakı müharibəni Donald Trampın gündəliyində ön plana çıxarmaqdır.

Almaniya Kansleri Fridrix Merts isə Federal Parlamentə etdiyi çıxışında bildirmişdi ki, davamlı sülhə yalnız Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirak etdiyi danışıqlar yolu ilə nail olmaq olar. Başqa yol yoxdur.

Xatırladaq ki, Cenevrə gölü sahilində keçiriləcək sammitin tarixi dəyişimdi. Bu, Trampa 80 illik yubileyini 14 iyun bazar günü ABŞ-də qeyd etməyə imkan verib. Fransa Prezidenti Makron Trampın ad gününü ölkəsində qeyd edə bilməsi üçün sammitin başlama tarixini bir gün təxirə salıb.

ABŞ tərəfi süni intellektin iqtisadi potensialının da müzakirə olunmasını istəyib. Buna görə də, fransızlar texnologiya dünyasından bir neçə nümayəndəni, o cümlədən San-Fransiskoda yerləşən "OpenAI"-nin baş direktoru Sem Altmanı Eviana dəvət ediblər.

Keçən il Kanadada keçirilən G7 Zirvəsində olduğu kimi, bu il də yeddi liderdən birgə kommunike gözlənilmir. Bunun əvəzinə, konkret mövzular üzrə ayrıca razılaşmalar planlaşdırılır.

Bütün iştirakçılar ümid edirlər ki, bu dəfə Donald Trampla yeni gərginlik olmayacaq. ABŞ Prezidenti 2025-ci ildə Kanadada keçirilən sammiti planlaşdırılandan daha tez tərk etmişdi.

Nigar
"Cebheinfo.az"

Açar sözlər: G7 Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri