Icma.az
close
up
RU
Gözlər İstanbulda: Rusiya Ukraynaya təklif paketini təqdim edir

Gözlər İstanbulda: Rusiya Ukraynaya təklif paketini təqdim edir

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya nümayəndə heyəti prezidentin köməkçisi Vladimir Medinskinin rəhbərliyi ilə 2 iyun tarixində İstanbulda keçiriləcək ikinci görüş zamanı Ukrayna tərəfinə Rusiyanın böhranın əsas səbəblərinin aradan qaldırılması ilə bağlı memorandumunu təqdim etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun yaydığı bəyanatda bildirilir.

“Rusiya tərəfi, razılaşdırıldığı kimi, böhranın əsas səbəblərinin etibarlı şəkildə aradan qaldırılması ilə bağlı mövqeyimizi əks etdirən müvafiq memorandumu operativ şəkildə hazırlayıb. Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətimiz bu sənədi Ukrayna nümayəndə heyətinə təqdim etməyə və bütün zəruri izahatları verməyə hazırdır”, – Lavrov qeyd edib.

O, həmçinin Türkiyəyə təşəkkür edib.

“Qonaqpərvər platforma təqdim etdiklərinə görə türkiyəli tərəfdaşlara minnətdarlığımızı bildiririk. Bu, dünən Moskvaya səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən bir daha təsdiq olundu”? – Lavrov bildirib.

Lavrov əlavə edib ki, sülh prosesinin uğurunda sözlə deyil, əməldə maraqlı olan hər kəs yeni İstanbul raundunun keçirilməsini dəstəkləməlidir.

Qeyd edək ki, mayın 16-da Rusiya və Ukrayna nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk dəfə olaraq İstanbulda birbaşa danışıqlar baş tutub. Görüşün nəticəsi olaraq tərəflər “minə-min” prinsipi ilə əsir mübadiləsi aparmaq, mümkün atəşkəslə bağlı detallı təkliflərini təqdim etmək və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndəsi Medinski bu görüşdən məmnun olduqlarını bildirib. O, həmçinin Ukrayna tərəfinin ölkə liderləri arasında birbaşa danışıqlar aparılması üçün müraciət etdiyini, Rusiyanın isə bu müraciəti nəzərə aldığını qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 May 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri