Icma.az
close
up
RU
İstanbulda sülh masası qurulur Gözlər yenidən TÜRKİYƏDƏ

İstanbulda sülh masası qurulur Gözlər yenidən TÜRKİYƏDƏ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və ABŞ nümayəndə heyətləri arasında növbəti görüş keçiriləcək.

Modern.az-ın məlumatına görə, nümayəndələr sabah İstanbulda toplaşacaq.

Bildirilir ki, Ukrayna müharibəsinin başlaması ilə səfirliklərinin fəaliyyətini qarşılıqlı dayandıran ölkələr Türkiyədə bu mövzunu müzakirə edəcək.

Türkiyə bir daha sülh danışıqlarına ev sahibliyi edəcək və beynəlxalq diplomatiyanın mərkəzi kimi çıxış edəcək.

Görüşdə xüsusilə Ukrayna münaqişəsi və beynəlxalq sanksiyalarla bağlı məsələlər əsas mövzular olacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, diplomatlar iki ölkə arasında yaranmış sistematik problemləri müzakirə edəcək və səfirliklərin normal fəaliyyətinin bərpa olunması istiqamətində addımlar atılacaq.

Qeyd edək ki, tərəflər arasında sonuncu görüş fevralın 18-də Ər-Riyadda keçirilib. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daxil edilib. Amerika tərəfini dövlət katibi Marko Rubio, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz təmsil ediblər.

Xatıtladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Rəsmi Ankara savaşın ilk günlərindən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır.

2022-ci il iyulun 22-də Türkiyənin və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında “Taxıl sazişi” imzalanıb. Bu razılığın nəticəsində indiyədək dünya ölkələrinə 312 milyon taxıl daşınıb. Daha sonra danışıqlar təxirə salınıb və razılaşmanın icrası dayandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri