Icma.az
close
up
RU
Gözlər Suriyada: Rusiyanın hərbi bazaları ilə bağlı qərar nə olacaq?

Gözlər Suriyada: Rusiyanın hərbi bazaları ilə bağlı qərar nə olacaq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Suriyada öz hərbi mövcudluğunu qorumaq üçün Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani ilə danışıqlar aparacaq. 

Yerli mətbuatda yayılan məlumatlara görə, Rusiyanın Hmeymim və Tartusda öz hərbi bazalarını müəyyən müddət ərzində saxlamaq üçün Suriyada yeni hərbi-siyasi güc Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideri ilə danışıqlar aparacağı gözlənilir.

Məhz Əsəd dövründə olduğu kimi, Rusiya tərəfi Hmeymimdə qalmaq istəyir. Bunun qarşılığında Rusiya HTŞ-ə dəstək verə bilər.

Artıq Rusiya Prezidenti Vladimir Putin son mətbuat konfransında bu məsələyə toxunub. Rusiyanın dövlət başçısı bəyan edib ki, Moskva HTŞ ilə bu istiqamətdə danışıqlar aparacaq.

“Biz təklif etdik ki, gəlin humanitar yardım edək və onlar bunu anlayışla qarşıladılar. İndi biz baxacağıq ki, bazalarda uzunmüddətli qalmaq bizim maraqlara nə qədər uyğundur, nə qədər yox. Çünki biz yeni hakimiyyətlə maraqları uzlaşdırmalıyıq", - deyə Putin vurğulayıb. 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya müəyyən dövr üçün Suriyada hərbi bazalarını saxlayacaq:

“Rusiya hərbi bazalarını Suriyadan çıxarmaq o qədər də asan məsələ deyil.  Bildirim ki, ölkədə iqtidara qarşı müxalif olan qüvvələr hakimiyyəti ələ alsalar da,  hələlik siyasi-iqtisadi və hərbi imkanları məhduddur. Onlara verilən dəstək də o qədər güclü deyil.

Bununla yanaşı, HTŞ Qərb tərəfindən ciddi şəkildə qəbul olunmur. Rusiya kimi qlobal güc mərkəzinin, o cümlədən Türkiyənin HTŞ-yə dəstək çıxması onların beynəlxalq arenada əl-qolunu möhkəmləndirə bilər. 

Rusiyanın Suriyada iki hərbi bazası var. Biri Hmeymimdə hərbi hava qüvvələri bazasıdır, digəri isə Tartusda hərbi dəniz donanmasıdır.  Moskva Suriyada hər iki bazanı saxlamaq üçün HTŞ ilə sövdəşləməyə gedə bilər. Rusiya ilə HTŞ arasında razılaşma da əldə edilə bilər.

Amma bu razılaşma müəyyən müddət ərzində davam edəcək. Çünki HTŞ-nin rəhbəri öz açıqlamalarında bəyan edib ki, onlar kənar güclərin ölkədə uzun müddət qalmasında maraqlı deyillər. İndiki məqamda olmasa da, gələcək dövrdə Rusiya hərbi bazaları Suriyadan çıxarılacaq. Ancaq hələlik Suriyada hərbi bazaları qalacaq.

Qeyd edim ki, Rusiya Suriyada öz hərbi bazalarını müəyyən dövr ərzində saxlamaqla bərabər HTŞ-yə dəstək də verə bilər. Hesab edirəm ki, HTŞ həm Qərb, həm də Rusiya qarşısında manevr etməyə çalışacaq”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri