“Gözlərim pis görür, sənətkara sağlığında qiymət vermək lazımdır” 85 yaşlı Elmira Şabanovadan ETİRAFLAR+ÖZƏL
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“85 yaşım tamam oldu. Gecəyə qədər təbriklər almışam. Əsas odur ki, məni sevirlər. Heç bir arzum yoxdur. Gözlərimin sağlamlığı ilə məşğulam. Gözümdə problemlər var, pis görürəm. Bu problemi həll etmək niyyətindəyəm. 80-90-cı illərdə çox məşhur idim. Xoşbəxt idim. Ömür boyu xoşbəxtlik olmur ki. Heç istəmirəm də. İndi həmin illəri yada salanda bugünki sakit həyatıma baxıram. Allah mənim ömrümdən kəsib, gənclərə versin. İndi cavanlar yaşamalıdır. Mən öz həyatımı yaxşı yaşamışam”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib.
Sənətkar daha sonra əlavə edib:
“Cabir Novruzun bir şeiri var ki, sağlığında qiymət verin insanlara. Mən də deyirəm ki, sənətkara sağlığında qiymət vermək lazımdır. Bizdə öləndən sonra başlayırlar onun haqqında danışmağa. Nazirlik, aidiyyatı qurumlar və s.. Nə deyim? Məni əsas odur ki, xalqımız sevir. Bu mənə bəsdir”.
Sənətkar bildirib ki, indi hər kəs tanınmaq istəyir və bunun üçün də aktyorluq sənətini seçir:
“Bəzən mənə elə gəlir ki, Mədəniyyət və İncəsənət universitetini bağlamaq lazımdır. Çünki bizdə hər kəs aktyordur. Düzdür, sənətdə bir balaca irəliləyiş var, amma tam o deyil. Gənclərimiz də çəkilir, izləyirəm, bəyəndiklərim var. Amma bir aktyorun eyni tipli, eyni xarakterli rolları oynaması qədər asan nə var ki? Əsas odur ki, sənə əks olan rolları oynayasan. Bu zaman istedadın üzə çıxacaq. Məsələn, mən həmişə özümə əks olan rolları oynamaq istəmişəm. Məsələn, mafiya qadın rollarını. Bu mənə çox maraqlıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















