Icma.az
close
up
RU
Gözlərimiz niyə yaşarır?

Gözlərimiz niyə yaşarır?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.

Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.

Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.

Orqanizmdə  bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2  vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması əlaməti ilə bərabər işığa olan antipatiya və ağız qırağında yaranan yaralar bu vitaminə olan çatışmazlıq deməkdir. Kaliy defisiti adətən duz, tünd çay, qəhvədən çox istifadə etdikdə, yuxugətirici və sidikqovucu preparatların qəbulu zamanı çox təsadüf edilir. Bundan əlavə əl və ayaqların soyuq olması və gecə qıcolmaları, insanın tez yorulması və yuxulu vəziyyətdə olması da bu vəziyyətə aiddir. Bu əlamətlər sizdə varsa,  gözlərinizin niyə yaşardığı bəllidir, ən əsası bununla necə mübarizə aparmalı? Qida rasionunuza  banan, xiyar, paxlalı bitkilər və başqa kaliy mikroelementi ilə zəngin olan məhsulları əlavə edin.

İkinci səbəb, kontakt linzalar ola bilər. Linzaların dioptriyaya uyğun gəlməməsi, daimi əzələ gərginliyinə səbəb olur. Linzaları taxarkən gözlər həddən çox yaşarması, gözün buynuz təbəqəsinin həddən artıq hissiyatlı olması və ya gözlərin linza saxlanması üçün istifadə olunan vasitələrə olan allergiyası ola bilər. Bunu yoxlamaq asandır. Çalışıb bir neçə gün linzasız keçinin,müsbət dəyişiklik hiss etdikdə həkimə müraciət edib, görmə qabiliyyətini yenidən yoxlatdırın. Həmçinin unutmayın ki, yaz aylarında uçan tozcuqlar gözə düşərək qıcıqlanma yarada bilər. Çalışın yaz ayları və küləkli havalardan gün eynəklərindən istifadə edin.

Üçüncü səbəb, adətən qadınların istifadə etdiyi kosmetik vasitələrdir (tuş, karandaş, pudra və s.). Adətən belə hallar ucuz kosmetikadan istifadə zamanı yaranır, lakin bahalı kosmetikanın da hər bir insan üçün uyğun olub, olmayacağı bəlli olmur. Kosmetika hər bir insan üçün individual məhsuldur. Gözlərin yaşarmasının məhz kosmetikadan olub olmamasını öyrənmək üçün, eyni qaydada bir neçə gün istifadə etdiyiniz kosmetikadan imtina edin. Nəticə müsbət olduqda bu markanı dəyişməniz məsləhət görülür. Bu müddət ərzində gözləri çay və çobanyastığı məhlulu ilə yuyub, gələcəkdə tərkibində konservantlar olmayan hipoallergen kosmetikadan  istifadə edin. Məhz konservatlar allergiyaya səbəb olurlar.

Gözləri sakitləşdirmək üçün bir neçə məhlul resepti:

Tünd çay dəmləyin, onu soyuduqdan sonra pambıq disklərini istifadə edərək gözləriniz bağlı vəziyyətdə üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Həmçinin soyulmuş kartof da gözlərə sakitləşdirici təsir edir.

Çobanyastığ məhlulu hazırlayıb, onu buz qabına süzün. Buz halına gəldikdə təmiz əsgiyə büküb gözlərinizin üzərinə qoyun. Bu prosesi 1 dəqiqədən artıq davam etdirməyin... əks təsiri ola bilər.

Həmçinin gözlərin sakitləşməsi üçün göz idmanı etmək də məsləhət görülür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri