Icma.az
close
up
RU
Güc amilinin yaratdığı ədalət

Güc amilinin yaratdığı ədalət

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyev ölkəmizin dünya üçün mühüm örnəklərini vurğulayır

“Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.

Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısının vurğuladığı kimi, XX əsrdə işğal edilmiş torpaqların XXI əsrdə azad edilməsi nadir hadisələrdəndir: “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda, XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi”.

Nəzərə alaq ki, XX əsrin sonlarında dünyanın müxtəlif bölgələrində ərazi münaqişələri meydana çıxdı, dövlətlərin sərhədləri dəyişdi, imperiyalar dağıldı, yeni dövlətlər yarandı. Lakin işğal edilmiş ərazilərin uzun illər sonra hərbi-siyasi yollarla ilkin sahibinə qaytarılması kimi geniş yayılmış hadisələr yaşanmadı. Prezident İlham Əliyevin bildirdiyi də elə bu idi.

Dövlətimizin başçısı, həmçinin Azərbaycanın ədaləti bərpa etməsindəki vacib məqamı vurğuladı. Bu barədə söz açmazdan əvvəl ölkəmizin liderinin müasir dünya düzəninə verdiyi müfəssəl qiyməti xatırladaq. Söhbət Prezident İlham Əliyevin məhz bu fikrindən gedir: “Hər kəs görür ki, bu gün dünya tamamilə dəyişib və güc amili ön plana çıxıb. “Kim güclüdür, o da haqlıdır” prinsipini biz ortaya atmamışıq. Amma biz mövcud olan reallıqlarla gərək hesablaşaq və təbii ki, hesablaşırıq”.

Həqiqətən, hazırda dünyada çoxları güc amilindən danışır. Çünki beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Geosiyasi rəqabət kəskinləşir, təhlükəsizlik arxitekturası transformasiya olunur, dövlətlər öz milli maraqlarını daha sərt şəkildə müdafiə etməyə başlayırlar. Belə bir durumda güc kimlərinsə ədalətsizlik üçün yararlandığı alətdir. Azərbaycan isə güc amilindən milli maraqları, haqqı naminə bəhrələnmiş dövlətdir. Bu mənada da ölkəmiz dünyaya nümunədir. Deməli, Prezident İlham Əliyev əbəs yerə vurğulamır: “Bilirik ki, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir”.

İşğalın başa çatmasından sonra ölkəmizin həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işləri, kütləvi məskunlaşdırma siyasəti və sair tədbirlər də gücün mütərəqqi amallar naminə istifadəsinin sübutudur. Bu, öz yerində. Ancaq hesab edirik ki, bildirdiklərimiz fonunda dövlətimizin başçısının ölkəmizin dünyada presedent yaratmasına dair fikirləri üzərində dayanmağa ehtiyac var.

Məsələ ondadır ki, sözügedən presedent bir neçə cəhətlə xarakterizə edilə bilər. Həmin cəhətlərdən birincisi hüquqi legitimlikdir. Nəzərə alaq ki, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüququn əsas prinsipləri ilə əsaslandırdı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etdi.

İkinci cəhət milli gücün formalaşdırılmasıdır. Yəni iqtisadi imkanlar, müdafiə qabiliyyəti, diplomatik fəallıq, milli birlik uzunmüddətli dövlət strategiyasının elementlərinə çevrildi və yekun nəticədə özünün bəhrəsini verdi.

Üçüncü cəhət suverenliyin faktiki bərpasıdır ki, mövcud trayektoriyada Azərbaycan təcrübəsinin əsas xüsusiyyəti uzun müddət həll olunmayan ərazi münaqişəsinin dövlətin siyasi iradəsi, hərbi imkanları və diplomatik strategiyasının birgə fəaliyyəti nəticəsində yeni reallıq doğurmasıdır. O reallıq ki, özündə regional inkişaf və tərəqqi seqmentini birləşdirir. Deməli, ədalətin də inkişaf və tərəqqi kazusu var.

Əlbəttə, Azərbaycanın təcrübəsi bir mühüm həqiqəti də göstərir. Həqiqət budur ki, beynəlxalq hüququn işlək mexanizmlərlə təmin olunmadığı şəraitdə hüquqi prinsiplərin müdafiəsi yalnız siyasi bəyanatlarla məhdudlaşa bilməz. Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirlərində məhz bu fəlsəfə ifadəsini tapır. Məsələyə mövcud prizmadan yanaşsaq, dövlətimizin başçısının yanaşması gücün hüququ əvəz etməsi deyil, hüququn müdafiəsi üçün dövlətin öz gücünü formalaşdırması və təmərküzləşdirməsi məntiqinə əsaslanır. Azərbaycanın son onilliklərdə keçdiyi yolun mühüm nəticəsi belə deməyə əsas verir. Çünki ötən müddətdə ölkəmiz yalnız beynəlxalq hüquqa istinad edən deyil, hüquqi mövqeyini qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi imkanlar yaradan aktora çevrilib. Hesab edirik ki, presedent həm də budur və özlüyündə unikal hadisədir.

Bəli, Azərbaycan göstərdi ki, otuz il ərzində işğal faktının dəyişməz reallıq kimi təqdim edildiyi bir regionda siyasi iradə, milli birlik və dövlət gücü bir araya gəldikdə uzunmüddətli ədalətsizlik əbədi status-kvoya çevrilmir, çevrilə də bilməz.

Onu da bildirək ki, ölkəmizin qərarlaşdırdığı ədalətin qisas motivi istisnadır. Yəni Prezident İlham Əliyevin çıxışında separatçı liderlərin və hərbi cinayətlərdə ittiham olunan şəxslərin Azərbaycan həbsxanalarında cəza çəkməsi ilə bağlı fikirləri də ədalət üçün hüquqi məsuliyyətin başlıca meyar olduğunun sübutudur. Hesab edirik ki, bu yanaşma da müasir dünyamız üçün örnəkdir. Deməli, Azərbaycan dövləti təşviq edir: dövlətlərin suverenliyinə qarşı təhdidlər, terror aktları, hərbi cinayətlər və insanlıq əleyhinə əməllər hüquqi qiymətini almalıdır. Axı ədalət anlayışı da özündə cinayətin cəzasız qalmamasının vacibliyini əks etdirir.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri