Icma.az
close
up
RU
“Güc sahibi ölkələr artıq digər dövlətlərə qarşı öz iradələrini daha asanlıqla tətbiq edə bilirlər”

“Güc sahibi ölkələr artıq digər dövlətlərə qarşı öz iradələrini daha asanlıqla tətbiq edə bilirlər”

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“ABŞ-ın son dövrlərdə atdığı addımlar və nümayiş etdirdiyi siyasət dünya nizamında yeni bir mərhələnin başlandığını göstərir. Bu mərhələ artıq İkinci Dünya Müharibəsinin nəticələrinə əsaslanan və qlobal təhlükəsizliyin qarşılıqlı öhdəliklər üzərində qurulduğu sistemdən fərqlənir”.
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin üzvü, siyasi şərhçi Zaur İbrahimli deyib. 
O bildirib ki, milli suverenlik anlayışı daha çox BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri ilə deyil, böyük dövlətlərin siyasi və hərbi təminatları ilə müəyyən olunur:
“ABŞ-ın son davranışları göstərdi ki, qlobal təhlükəsizlik məsələlərinin BMT çərçivəsində müzakirəsi və kollektiv qərarların qəbulu mexanizmi ciddi şəkildə zədələnib. Bu isə o deməkdir ki, güc sahibi ölkələr artıq digər dövlətlərə qarşı öz iradələrini daha asanlıqla tətbiq edə bilirlər, və bu prosesə mane olacaq real beynəlxalq mexanizm demək olar ki, qalmayıb. Bu vəziyyət digər böyük güclərə də eyni modeli tətbiq etmək imkanı verir. Yəni, istənilən güclü dövlət "milli təhlükəsizlik" bəhanəsi ilə başqa bir ölkəyə qarşı hərbi əməliyyat apara bilər və bunun qarşısını alacaq təsirli beynəlxalq hüquqi mexanizm mövcud deyil. Çünki belə bir presedenti elə ABŞ özü yaradıb və özünə qarşı bu cür mexanizmlərin işləmədiyini nümayiş etdirib”.
O deyib ki, bu baxımdan ABŞ-ın addımları təhlükəli presedent yaradır:
“Gözlənilir ki, bu siyasət davam edəcək. Məsələn, ABŞ-ın Venesueladan sonra Kolumbiyanı hədəf seçə biləcəyi ehtimal olunur. Eyni zamanda ABŞ-ın Panama kanalını da tam nəzarətə keçirmək istədiyi bildirilir. Bu məsələni keçmiş prezident Donald Trump dəfələrlə açıq şəkildə dilə gətirib. Beləliklə, ABŞ-ın davranışları beynəlxalq münasibətlərdə ciddi qayda pozuntusu yaradır və gələcəkdə digər güclü dövlətlərin də oxşar addımlar atmasına zəmin hazırlayır. Bu isə dünyada təhlükəsizliyin kollektiv əsasda deyil, güc balansına söykənərək müəyyən olunacağı yeni bir dövrün başlanğıcı ola bilər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri