Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Öz milli mesencerini yaradan ölkələr

Öz milli mesencerini yaradan ölkələr

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Təhlükəsizlik, yerli əhəmiyyətli məlumatların daha etibarlı qorunması, cəmiyyət həyatında gedən proseslərə nəzarət kontekstində bir çox ölkə öz milli mesencerini yaradır. Təhlillər göstərir ki, bu proses əhalisinin sayına görə böyük olan dövlətlərdə daha sürətlə baş verir. Bütün dünyada hökumətlər məlumatların təhlükəsizliyini və rəqəmsal suverenliyi gücləndirmək üçün getdikcə beynəlxalq mesencerləri milli platformalarla əvəz edir.

AZƏRTAC milli mesencer yaratmış ölkələrin siyahısını təqdim edir.

Çin – “WeChat”

Çinin milli mesenceri “WeChat” universal bir ekosistemə çevrilib. Proqram daxilində istifadəçilər alış-veriş, səhiyyə, dövlət xidmətləri və maliyyə üçün mini proqramlara daxil ola bilərlər. Çinin müvafiq strukturları tərəfindən xarici mesencerlər bloklanır.

Fransa – “Tchap”

Sentyabrın 1-dən etibarən bütün Fransa nazirlikləri və agentlikləri rəsmi yazışmalar üçün dövlət tərəfindən hazırlanmış “Tchap” mesencerindən istifadə etməlidir. Bu tətbiq Nazirliklərarası Rəqəmsal Müdirlik (DINUM) tərəfindən yaradılıb. Mesencer XVIII əsrdə yaşamış fransız mühəndisi və ilk optik teleqraf sistemlərindən birinin ixtiraçısı Klod Çappenin şərəfinə adlandırılıb. Hökumət milli mesencerə keçidi söhbətlərin və məlumatların təhlükəsizliyini təmin etmək üçün zəruri addım kimi xarakterizə edib. Fransada “WhatsApp”, “Telegram” və “Signal”ın rəsmi orqanlarda istifadəsi qadağan edilib.

Almaniya – “BundesMessenger”

Almaniya xüsusi olaraq dövlət orqanları üçün nəzərdə tutulmuş və Matrix protokoluna əsaslanan “BundesMessenger” xidmətini təqdim edib. Tətbiq bütün parametrlər üzrə şifrləməni təmin edir və məlumatları ölkə daxilində saxlayır. Bu mesencer həm federal, həm də regional qurumlar tərəfindən istifadə olunur. Məqsəd rəqəmsal suverenliyə və xarici İT nəhənglərindən müstəqilliyə nail olmaqdır.

BƏƏ – “Botim” və “ToTok”

Birləşmiş Ərəb Əmirliklərində “WhatsApp” və “Telegram” platformalarından istifadə davam edir. Amma VoIP lisenziyalaşdırma qaydalarına görə, onların vasitəsilə edilən zənglər bloklanır. Yerli operatorlar “Botim” və “ToTok” kimi ödənişli alternativlər təklif edirlər.

Hindistan – “Sandes”

Hindistan əsasən dövlət qurumları tərəfindən istifadə edilən “Sandes” adlı mesencer hazırlayır. Bununla belə, tətbiq hələ də kütləvi qəbul olunmayıb, çünki əhali “WhatsApp” və “Telegram” platformalarına daha çox etibar etməkdə davam edir.

Rusiya - MAX

2025-ci ildə Rusiya “WhatsApp” və “Telegram” vasitəsilə zəngləri məhdudlaşdırıb və VK-nın MAX mesencerinin bütün cihazlarda məcburi quraşdırılmasını tətbiq edib.

MAX mətbuat xidmətinin məlumatına görə, sentyabr ayına qədər mesencerdən təxminən 30 milyon insan istifadə edib. Mütəxəssislər MAX və “WhatsApp” arasındakı əsas fərqi qeyd edirlər. “WhatsApp”ın şifrləməsindən (E2EE) fərqli olaraq, Rusiya tətbiqi bu qorunmaya malik deyil, onun serverlərinə mesajları oxumağa imkan verir və istifadəçiləri hökumətin girişinə həssas edir.

İran – “Rubika”

İranda “WhatsApp” və “Telegram” 2022-ci ildə bloklanıb. Bəzi məhdudiyyətlər sonradan yüngülləşdirilsə də, hökumət yerli platformaları təbliğ etməyə davam edir. İranın ən böyük mesenceri olan “Rubika” sosial şəbəkə, video platforma və mesencerin xüsusiyyətlərini özündə birləşdirir. Hazırda 50 milyon nəfər bu milli platformadan istifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri