Icma.az
close
up
RU
“Güc siyasəti beynəlxalq hüququ kölgədə qoyur”

“Güc siyasəti beynəlxalq hüququ kölgədə qoyur”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq hüququ açıq şəkildə pozaraq müstəqil dövlətə qarşı həyata keçirdiyi hərbi təcavüzü özünün daxili hüquqi mexanizmləri ilə əsaslandırmağa çalışması beynəlxalq hüquq baxımından tamamilə qəbuledilməzdir”.

Bu barədə Beynəlxalq Ümumi Hüquq kafedrasının professoru, “Beynəlxalq hüquq və inteqrasiya problemləri” elmi-analitik və praktiki jurnalının redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professor Əfsər Sadıqov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Professor qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləni “xüsusi hərbi əməliyyat” adı altında təqdim etməsi beynəlxalq hüququn fundamental prinsiplərinin – xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və gücdən istifadə qadağası prinsiplərinin kobud şəkildə pozulmasıdır:“Bir dövlətin başqa bir müstəqil dövlətə qarşı silahlı təcavüzü beynəlxalq hüquqda açıq şəkildə qadağandır. Bu cür təcavüzün terminoloji manipulyasiyalarla, yəni müharibə əvəzinə xüsusi hərbi əməliyyat kimi təqdim edilməsi hüquqi mahiyyəti dəyişmir və məsuliyyəti aradan qaldırmır.

Hərbi təcavüzün daxili hüquq normaları ilə “əsaslandırılması” beynəlxalq hüquq sisteminə ciddi zərbədir. Beynəlxalq hüquq daxili hüquqdan üstün hüquq sistemidir. Heç bir dövlət öz milli qanunvericiliyinə istinad edərək beynəlxalq öhdəliklərini poza bilməz. Əks halda bu, beynəlxalq hüququn universal xarakterini inkar etmək deməkdir.
Alyaska görüşündən sonra Rusiya və ABŞ arasında formalaşan siyasi dialoq və mümkün razılaşmalar daha təhlükəli bir tendensiyanın göstəricisidir.
Müşahidə olunan proses ondan ibarətdir ki, böyük güclər öz qanunsuz regional maraqlarını qarşılıqlı razılaşmalar vasitəsilə leqallaşdırmağa çalışırlar. Bu isə beynəlxalq hüquq qaydasının mahiyyətini heçə endirir və güc hüququnun yenidən legitimləşdirilməsi cəhdidir.Belə yanaşma BMT Nizamnaməsinin ruhuna və məqsədlərinə ziddir.Əgər beynəlxalq münasibətlərdə hüquq deyil, siyasi razılaşmalar və güc balansı əsas meyar kimi çıxış edərsə, bu, beynəlxalq sistemin anarxiyaya sürüklənməsi deməkdir. Xüsusilə kiçik və orta dövlətlər üçün bu, ciddi təhlükələr yaradır”.

Professor əlavə edib ki, ABŞ-ın bu prosesdə iştirakı Vaşinqtonun beynəlxalq hüquqa əsaslanan dünya nizamı ilə bağlı illərdir səsləndirdiyi mövqelərlə ciddi ziddiyyət təşkil edir:“Beynəlxalq hüququ selektiv şəkildə tətbiq etmək olmaz. Əks halda bu hüquq norma olmaqdan çıxaraq siyasi alətə çevrilir.Beynəlxalq ictimaiyyət bu tendensiyaya qarşı prinsipial mövqe ortaya qoymasa, beynəlxalq hüququn normativ dəyəri sürətlə aşınacaq.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Yanvar 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri