Icma.az
close
up
RU
Güclənən, böyüyən Türkiyə Cümhuriyyət düşmənlərinin iflasından daha bir il ötdü

Güclənən, böyüyən Türkiyə Cümhuriyyət düşmənlərinin iflasından daha bir il ötdü

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Türkiyədə son 65 ildə dörd çevriliş və ya ona cəhd olub. Bu gün Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvləri tərəfindən 2016-cı il iyulun 15-də reallaşdırılmasına səy göstərilən belə bir hadisədən doqquz il ötür.

Həmin qarışıq zamanda Türkiyə Cümhuriyyətinin dostları və düşmənləri bir daha özlərini göstərdilər. O hadisələrin əsas qəhrəmanı Prezident Rəcəb Tayyib Ərdoğan, ovaxtkı Milli Kəşfiyyat Təşkilatının (MİT) müdiri, indiki xarici işlər naziri Hakan Fidan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Hülusi Akar, ordu generalları, əsgərlər, hökumət üzvləri, idarə rəhbərləri və nəhayət, çevrilişlərdən bezmiş, onun Türkiyəyə vurduğu ziyanı görmüş Türkiyə vətəndaşları idi.

Bu hadisə zamanı Türkiyə Böyük Millət Məclisi, Gölbaşı Polis Xüsusi Əməliyyat İdarəsi, Ankara Polis İdarəsi və TÜRKSAT bombalanıb, Atatürk Hava limanı ələ keçirilib. Onlarla mülki vətəndaş və xüsusi əməliyyat polisi həlak olub.

İyulun 16-da səhər saatlarında Türkiyə Silahlı Qüvvələri, Əmniyyət Baş İdarəsi personalının həyata keçirdiyi əməliyyatlar nəticəsində hərbi çevriliş cəhdi yatırılıb. Hərbçilər silahları ilə birlikdə təslim olublar. Hadisələr nəticəsində 34-ü çevriliş tərəfdarı əsgər olmaqla, 300-ə yaxın insan həyatını itirib, 2 789 nəfər yaralanıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdən ayrıldığını öyrənən çevrilişçilər təyyarəni vurmaq üçün bomba yüklü F-16-larla havaya qalxıblar. Ancaq bu cəhdləri də alınmayıb.

Hadisələrdən bir saat sonra Türkiyə lideri mətbuat nümayəndələrinin qarşısına çıxaraq belə bir açıqlama verib: “Millətin üzərində heç bir güc yoxdur. Bu bir qiyam, vətənə xəyanət hərəkətidir. Bunun bədəlini çox ağır ödəyəcəklər”.

Çevriliş cəhdinin qarşısı alındıqdan sonra ölkə üzrə çevrilişçilərə qarşı həbslər və istintaqlar başlayıb. 2016-2020 illər arasında ümumilikdə 125 678 nəfər dövlət qurumlarından və Türk Silahlı Qüvvələrindən işdən çıxarılıb. 2016-2025 illər arasında Fətullah Gülən ilə əlaqəli ümumilikdə 390 354 nəfər saxlanılıb, 113 837 nəfər həbs edilib.

Ölkə üzrə üç ay müddətinə yeddi dəfə iki il fövqəladə vəziyyət elan edilib. 4 130 nəfər birbaşa çevriliş cinayətindən ağırlaşdırılmış ömürlük və ömürlük həbs cəzasına məhkum edilib. Günümüzədək FETÖ-çulara qarşı əməliyyat keçirilir.

Türkiyədə hərbi çevrilişlər və çevriliş cəhdləri ölkənin inkişafına mane olan hadisə sayılır. Son 65 ildə üç dəfə - 1960-cı mayın 27-də, 1971-ci il martın 12-də, 1980-ci il sentyabrın 12-də çevrilişlər olub, 2016-cı il iyulun 15-də baş verən isə çevrilişə cəhd idi.

Çevrilişlər və ona cəhdlər Türkiyənin beynəlxalq nüfuzuna daim ziyan vurub. Bu hadisələr cümhuriyyətin daxili işinə müdaxilələrə bir qayda olaraq yol açıb, onlara şərait yaradıb. Elə bu səbəbdən qocaman Türk dövlətini “Banan respublikası”na çevirmək istəyiblər. Bununla da Türkiyənin ərazi bütövlüyu, təhlükəsizliyi təhdid olunub.

Belə dövlətçilik ənənələrinə, konstitusiyaya zidd hadisələr terror qruplaşmalarının da fəaliyyətinə yardım edib. Artıq keçmiş PKK terror qruplaşması 1970-ci illərin qarışıq şəraitində - 1978-ci ildə yaradılıb. Onun əsas sponsoru keçmiş SSRİ olub. Sonralar Qərb blokuna daxil olan anti-Türkiyə ünsürləri də bu terror qruplaşmasından Türk dövlətinə qarşı istifadə etməyə səy göstəriblər. Son 20 ildə bu kimi terror qruplaşmasına qarşı davamlı hərbi, siyasi və diplomatik mübarizə öz nəticəsini verir. Rəsmi Ankaranın “Terrorsuz Türkiyə” hədəfinə də nail olunur.

Artıq PKK özünü buraxıb, silahları təhvil verməyə başlayıb. Türkiyəni 47 ildir narahat edən bu qruplaşmanın “istifadə müddəti" bitib. Bununla da onların Türkiyəyə qarşı iddiaları da çin olmayan yuxu kimi qalıb.

Bəziləri PKK məsələsində sövdələşmə də axtarır. Prezident Ərdoğan onlara ismarış göndərərək deyib: “Terrorsuz Türkiyə layihəsi bir müzakirənin, bir sövdələşmənin, bir alver prosesinin nəticəsi deyildir, onun üçün əvvəldən bəri çox diqqətli idik, bu gün daha da diqqətliyik. Türkiyə Respublikasının şərəfini, qürurunu tapdalatmarıq. Türkiyənin başını əsla aşağı əydirmərik...".

FETÖ və PKK-nın bütün mənalarda sıradan çıxması Türkiyənin gücünü artırıb, onun dövlətçiliyini möhkəmləndirib. FETÖ Türkiyəni xarici qüvvələrin idarəçiliyi altına salaraq neokolonialistlərə xidmət etməyə cəhd göstərib. PKK isə Türkiyə dövlətinin ərazi bütövlüyünü hədəf alaraq, onu kiçiltməyə çalışıb. Bunların hər ikisi cümhuriyyətin mövcudluğunu təhlükəyə salmaq planı sayılırdı. Onlardan biri daxildən, biri isə xaricdən Türkiyəni məhv etməyə hesablanmışdı.

Hər ikisi xarici antitürk qüvvələrin layihəsi sayılır. Onların bu pis əməlləri beşiklərindəcə boğuldu. Türkiyə regional və qlobal miqyasda aktor olduğunu göstərdi. Cümhuriyyət Yaxın Şşərqin yenidən qurulmasında, Mərkəzi Asiyada əməkdaşlıq və sabitliyin yaranmasında, Afrikada aparıcı dövlətlərdən biridir. Qlobal, regional və Cənubi Qafqazda bir çox layihələrdə Azərbaycanla birlikdə uğurların əldə edilməsi də Türkiyənin gücünün, yürütdüyü siyasətin göstəricisi sayılır.

Bu kimi hadisələr ölkəni daha güclü edir. Türkiyə bu gücü ilə böyüyür, regional və qlobal miqyasda etibarını, nüfuzunu artırır. Respublika ictimaiyyəti də dövlətinin, demokratiyanın müdafiəsi, qorunması sınağından da uğurla çıxıb.

Prezident İlham Əliyev də 15 iyul hadisələri ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana müraciətində hadisədən, onun Türkiyəni güclü etməsindən, Azərbaycanla strateji müttəfiqlikdən bəhs edib:

“Qardaş ölkəniz bu ağır sınaqdan da üzüağ, alnıaçıq və daha da güclənmiş çıxaraq bütün dünyaya öz qüdrətini bir daha sübut etdi.

Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız...”.

Dövlət başçısı Azərbaycan və Türkiyənin gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəlilədiyini vurğulayaraq bildirib:

“Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir”.

Beləliklə, Osmanlı dövlətinə qarşı Birinci Dünya Müharibəsində birləşənlər yüz ildən sonra FETÖ, PKK kimi proksilərlə üzə çıxmışdılar. Çağdaş Türkiyənin birəsrlik düşmənlərinin aqibəti də dəyişmədi. Onların son yüz ildəki hücumları FETÖ və PKK ilə bitdi...

Sədrəddin SOLTAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see142

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see125

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see125

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see112

Yannik Sinner Alkarası məğlub edərək ilk dəfə Uimbldon çempionu olub

13 İyul 2025 23:11see110

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri