Icma.az
close
up
RU
Güclü stress uzunmüddətli fəsadlara səbəb ola bilər YENİ ARAŞDIRMA

Güclü stress uzunmüddətli fəsadlara səbəb ola bilər YENİ ARAŞDIRMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Harvard Universitetinin tədqiqatçıları belə nəticəyə gəliblər ki, güclü stress saç sağlamlığı üçün uzunmüddətli fəsadlar yarada bilər.
Bizim.Media xəbər verir ki, alimlər aşkar ediblər ki, güclü stressdən sonra immun sistemi saç follikullarındakı zədələnməni “yadda saxlayır” və növbəti iltihabi və ya stres epizodunda onları yenidən hücuma hazır vəziyyətdə saxlayır. Nəticələr Cell jurnalında dərc edilib.
Stressin immunitetə təsiri uzun illərdir öyrənilsə də, kəskin stress ilə toxumalarda uzunmüddətli zədələnmə arasındakı mexanizmlər tam aydın deyildi.
Əvvəlki bəzi məlumatlar stressin saç tökülməsini tətikləyə biləcəyini göstərsə də, birbaşa sübutlar yox idi. Yeni tədqiqatda (laboratoriya siçanları üzərində aparılan araşdırma) alimlər müəyyən ediblər ki, kəskin stress “döyüş və ya qaç” reaksiyasına cavab verən simpatik sinir sistemini aktivləşdirir.
 

Bu isə saç follikullarına hücum edə bilən CD8+ T-hüceyrələrinin sürətli aktivləşməsinə gətirib çıxarır. Məhz bu hüceyrələr saç tökülməsini başladır. Daha da önəmlisi, stress keçdikdən sonra belə aktivləşmiş CD8+ T-limfositlər növbəti iltihabda follikullara yenidən hücum etməyə hazır vəziyyətdə qalır. Beləliklə, tək bir stress epizodu gələcək saç itkisi üçün zəmin yarada bilər.


Alimlərin fikrincə, bu mexanizm bir növ “strateji kompromis” ola bilər: orqanizm təhlükədən sonra bərpa üçün lazım olan kök hüceyrələri qorumaq məqsədilə müvəqqəti olaraq bəzi follikullardan “imtinaya” gedir.
Alimlər tədqiqatı insanlar üzərində də davam etdirməyi planlaşdırırlar. Ümid edilir ki, əldə olunan nəticələr dağınıq skleroz, 1-ci tip şəkərli diabet və lupus kimi autoimmun xəstəliklərin inkişaf mexanizmlərini daha yaxşı anlamağa kömək edəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Dekabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri