Icma.az
close
up
RU
Güclü və oturuşmuş Brüssel bürokratiyasına qarşı təkbaşına mübarizə aparmaq qəhrəmanlıq nümunəsidir

Güclü və oturuşmuş Brüssel bürokratiyasına qarşı təkbaşına mübarizə aparmaq qəhrəmanlıq nümunəsidir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Macarıstan NATO və Avropa İttifaqının fəal üzvü olmaqla yanaşı, bizə dost dövlətdir və strateji tərəfdaşımızdır. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının və Avropanın mərkəzində dayağı hesab olunur. Avropanın mərkəzində, öz milli köklərinə və ailə dəyərlərinə sadiq, Macarıstan kimi dost dövlətin mövcudluğu olduqca vacibdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Budapeştdə macar xalqını və onun lideri Viktor Orbanın fəaliyyətini qəhrəmanlıq adlandırdı”.

Bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Birliyi konkret prinsiplər üzərində qurulmuş, bütün qərarların kollegial şəkildə qəbul olunduğu və bütün üzvlər tərəfindən imperativ olaraq icra olunduğu vahid orqandır: “Təbii ki, bir çox qərarlar milli dövlətlərin maraqları ilə uzlaşmır. Belə bir vəziyyətdə müstəqil siyasət aparmaq, son dərəcə çətindir. Güclü, oturuşmuş Brüssel bürokratiyasına qarşı təkbaşına mübarizə aparmaq, milli, dövlət maraqlarını müdafiə etmək, qəhrəmanlıq və dözüm tələb edir. Bu keyfiyyətlərin hamısı bu günki, baş nazirdə var. Özünü Atillanın nəvəsi hesab edən Viktor Orbanın duruşu, apardığı siyasət Avropada çoxlarının xoşuna gəlməyə bilər. Ancaq, bugünkü, Macarıstanın sürətli iqtisadi inkişafı, bütün istiqamətlər üzrə balanslaşdırılmış siyasəti və ümumi yaşayış səviyyəsinə görə Şərqi Avropa ölkələrindən üstün olması, bilavasitə Viktor Orbanın adı ilə bağlıdır”.

Nəsib Məhəməliyev

“Azərbaycan-Macarıstan münasibətləri dinamik inkişaf edir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Liderlərimiz ildə bir neçə dəfə Bakıda, Budapeştdə və üçüncü ölkələrdə, beynəlxalq platformalarda tez-tez görüşürlər. Ölkəmizdə Macarıstan səfirliyi tərəfindən çoxsaylı mədəni-kütləvi, iqtisadi-sosial məsələlərə dair tədbirlər təşkil olunur. Parlamentlərarası münasibətlərimiz ən yüksək səviyyədədir. Macar həmkarlarımızdan, “Macarıstan, Azərbaycanın Avropadakı qapısıdır”, sözlərini eşitmək son dərəcə xoşdur. Gələcəkdə də münasibətlərimizin yüksək səviyyədə olması üçün möhkəm zəmin yaradılır”-deyə Nəsib Məhəməliyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri