Icma.az
close
up
RU
Güclü yağışlar Xəzərin səviyyəsinə təsir edəcək?

Güclü yağışlar Xəzərin səviyyəsinə təsir edəcək?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizində suyun çəkilməsi müşahidə olunurdu və bu məsələ ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmişdi. Lakin son günlər davam edən aramsız yağışlar fonunda dənizdə su səviyyəsinin dəyişə biləcəyi ilə bağlı yeni suallar yaranıb. Yağıntıların həcmi və davamlılığı fonunda Xəzərin səviyyəsinə mümkün təsirlər diqqət mərkəzinə düşüb.  Eyni zamanda, bölgədə hidrometeoroloji şəraitin dəyişməsi bu prosesin dinamikasına birbaşa təsir göstərən amillərdən biri kimi qiymətləndirilir. Bu səbəbdən, yaxın günlərdə Xəzər dənizinin su səviyyəsində hər hansı artımın olub-olmayacağı əsas müzakirə mövzularından biri olaraq qalır.
Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, martın sonunda və aprelin əvvəllərində baş verən yağışlar normadan dəfələrlə artıq olub və illik normanın təxminən 60–70, bəzən isə 80 faizinə qədərini təşkil edib:
"Bu proses böyük fəsadlarla müşayiət olunur. Bu cür yağıntılar qrunt sularının səviyyəsini müəyyən qədər artıracaq və eyni zamanda çaylarda sululuğun artması Xəzər dənizinin səviyyəsinə də müəyyən təsir göstərə bilər. Yəni bu, geri çəkilməni tam dayandırmasa da, müəyyən qədər stabilləşmə yarada bilər.
Müəyyən müsbət təsir olacaq, çünki Rusiyada su ehtiyatları ilə məşğul olan bəzi alimlər Xəzər dənizinin səviyyəsinin stabilləşdiyini qeyd edirlər. Bu baxımdan, yağıntıların intensivliyi nəticəsində belə bir vəziyyətin yaranması mümkündür".
Ekspert deyib ki, uzun müddətdə bu cür yağışlar daha intensiv və davamlı, məsələn musson tipli olarsa, o zaman Xəzər dənizinin səviyyəsinin tam stabilləşdiyini demək olar:
"Ancaq Azərbaycan arid və yarımarid iqlim qurşağında yerləşdiyinə görə, xüsusilə Bakı-Abşeron yarımadası və Xəzəryanı ərazilərdə bu cür intensiv yağıntılar nadir hallarda müşahidə olunur"- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Aprel 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri