Icma.az
close
up
RU
Gülağası Mirzəyev: “Balet günləri” layihəsinin məqsədi milli incəsənətimizin populyarlaşdırılmasıdır

Gülağası Mirzəyev: “Balet günləri” layihəsinin məqsədi milli incəsənətimizin populyarlaşdırılmasıdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, Günel Alıyeva, AZƏRTAC

Musiqi hərəkətdə canlananda, hərəkət isə poeziyaya çevriləndə ürəklə sözsüz danışa bilən sənət növü olan balet yaranır.

Bu günlərdə Bakı rəqs ritmi ilə nəfəs alır: ölkəmizdə ilk dəfə olaraq tanınmış ustaları və istedadlı gəncləri, klassik irsin şah əsərlərini və müasir teatr interpretasiyalarını səhnədə bir araya gətirən “Balet günləri” keçirilir.

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Balet Truppasının bədii rəhbəri Gülağası Mirzəyev AZƏRTAC-a bu layihənin missiyası, Azərbaycanın mədəni həyatı üçün əhəmiyyəti və Azərbaycan baletinin gələcəyi barədə danışıb.

- Gülağası müəllim, layihənin əsas məqsədi nədir, o hansı missiyanı həyata keçirir? “Balet günləri”ndə iştirak edən tamaşaçılara hansı mesajı çatdırmaq istərdiniz?

- Bu layihənin məqsədi sənət növümüzü populyarlaşdırmaqdır. “Balet günləri” çərçivəsində aktiv reklam kampaniyası və müxtəlif tədbirlər vasitəsilə tamaşaçıları balet sənəti ilə daha dərindən və yaxından tanış etməyə çalışırıq. Əsas ideya ondan ibarətdir ki, balet xüsusi diqqətəlayiq olan gözəl və mürəkkəb bir sənətdir.

- Azərbaycan baletinin hazırkı səviyyəsini və dünya səhnəsindəki yerini necə qiymətləndirirsiniz?

- Təəssüf ki, Azərbaycan baletinin hazırkı səviyyəsini onun inkişafının zirvəsi adlandırmaq olmaz. Bu, obyektiv reallıqdır. Lakin birgə səylərlə milli baletimizə əvvəlki şöhrətini qaytara bilərik. Zəngin mədəni irsimiz sayəsində biz bütün dünyada səyahət edib müxtəlif ölkələrdən olan insanları balet tamaşalarımızla tanış edə bilərik, çünki bizdə olan incəsənət sərvətinə heç yerdə rast gəlmək mümkün deyil. Bu sərvət milli xarakterdə, klassik balet və folklorun sintezində və əlbəttə ki, möhtəşəm musiqidədir.

- Azərbaycan baletini daha geniş auditoriyaya tanıtmaq üçün bu layihənin başqa şəhərlərə və ya ölkənin hüdudlarından kənara çıxarılması planlaşdırılırmı?

- Bu layihə sənətimizin inkişafında və təbliğində mühüm rol oynaya bilər. Ölkə rəhbərliyindən dəstək alsaq, Azərbaycan baletini dünyanın istənilən yerində təqdim etməyə hazırıq. Biz həyatımızı bu sənətə həsr etmişik və Azərbaycan baletinin vətənimizdən çox-çox uzaqlarda tanınması və haqqında danışılması üçün əlimizdən gələni edərik.

- Bu layihə ilə bağlı əsas gözləntiləriniz nədir və ona ictimai marağı necə qiymətləndirirsiniz?

- Gözəl bir atalar sözü var: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” və bu, sənətimizin mahiyyətini tamamilə əks etdirir. Bu layihə sayəsində teatr tamaşasına ilk dəfə gələn insanlar baletə tamamilə fərqli şəkildə göz gəzdirə bilərlər. Bir dəfə salona gəlib sonradan bizim daimi tamaşaçılarımıza çevrilən insanlara dair bir çox nümunə var. Mən hesab edirəm ki, bu, ona dəyər!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see234

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see224

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see165

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see156

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see150

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see147

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see143

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri