Icma.az
close
up
RU
Gülçülük: milyard dollarlıq biznes TƏHLİL

Gülçülük: milyard dollarlıq biznes TƏHLİL

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ən zövqlü, maraqlı bizneslərdən biri hesab edilir çiçəkçilik. Bu sektor bütün dünyada milyard dollarlıq sənaye hesab edilir. Çünki gül-çiçək təlabatı heç vaxt bitməyən təlabatdır. İnsanlar müxtəlif məqsədlər və xüsusi günlər üçün bütün ömrü boyu çiçək alırlar. Bu iqtisadiyyat növü ən kiçik istehsalçıdan ən böyük ixracatçıyadək bir çox insanın öz gəlirini təmin etdiyi sahədir.

Dünyada çiçək biznesi 20-ci əsrin əvvəllərində daha çox yayılmağa başladı. ABŞ, Yaponiya, İtaliya və Hollandiya kimi ənənəvi çiçək istehsalçıları ilə yanaşı, Latın Amerikası və Afrikada gül istehsalı əhəmiyyətli dərəcədə artdı. Kolumbiya, Ekvador və Keniya kimi ölkələr dünyanın ən böyük gül istehsalçısı və ixracatçı ölkələri sırasına qoşuldu. Ümumiyyətlə, dünyanın 50-dən çox ölkəsində gülçülüklə məşğul olunur, ümumi istehsal sahələri 600.000 hektardan çoxdur. Ən çox istehsal bölgələri ərazisinin ölçüsünə görə Asiya, Avropa, Mərkəzi və Cənubi Amerika, Şimali Amerika, Afrika və Yaxın Şərqdir.

Hindistan, Çin, Braziliya, Meksika, Yaponiya, ABŞ və Tayland kimi ölkələr gülçülük sektorunda böyük paya sahib istehsalçılar olsalar da, daha çox öz daxili bazarları üçün istehsal edirlər. Ekvador və Kolumbiya kimi istehsalçılar isə daha çox ixraca fokuslanıblar. Xüsusilə Afrikanın ekvator qurşağında yerləşən Keniya, Tanzaniya, Zimbabve, Uqanda, Zambiya və Efiopiya kimi ölkələr əlverişli iqlim şəraitinə görə əsas istehsalçılar hesab edilir. Bu ölkələrin gülçülük üçün əlverişli iqlim şəraitinin olması, əmək haqqının aşağı olması və xarici investorları cəlb etməsi, həmçinin dövlət tərəfindən stimullaşdırılması onları bazarda söz sahibi edir. Keniyanın geniş ərazilərində açıq becərilmə üsulu ilə gülçülük işləri aparılır. Afrikada istehsal edilən güllərin 90%-nin Avropada satıldığı təxmin edilir.

2022-ci ilin məlumatlarına görə, dünya üzrə gülçülük və dibçək bitkiləri istehsalı ümumilikdə 735,5 min hektar ərazidə həyata keçirilir. Dünyada dekorativ bitki istehsalı sahələrinin 77%-i (570.000 ha) Asiya-Sakit okean regionunda yerləşir. Bu regionda ən çox gül istehsal edən ölkələr Hindistan və Çindir.

Azərbaycanda da gülçülük kənd təsərrüfatı iqtisadiyyatının aparıcı və gəlirli sahələrindən biri olub. Sovet dövründə – XX əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Həmin dövrdə Bakı kəndlərindən Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Bu təsərrüfatlar həm Azərbaycanı, həm də SSRİ-ni gül ilə təmin edirdi. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılmışdı. Həmçinin Şəmkir, Tovuz, Qazax rayonlarında da istixanalarda gül təsərrüfatları salınmışdı.

Sovet İttifaqı dağılanda sonra gülçülük təsərrüfatları da geriləməyə başladı. Hazırda Azərbaycanda bu sahə ilə məşğul olan təsərrüfatların sayı çox azdır. Daha çpx Bakıətrafı kəndlərdə qalan bu kiçik təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala, qərənfil yetişdirilir. Bundan başqa Şəmkir rayonunda da hazırda ölkənin ən böyük gülçülük təsərrüfatı saxlanılır. “AzAgro” MMC Şəmkir rayonunun Sarıtəpə kəndində Azərbaycanda kənd təsərrüfatı sahəsində az müraciət edilən bu istehsal növü ilə məşğul olur.

Ümumiyyətlə, Azərbaycanda gülçülüyün inkişafını ləngidən amillərin ən başlıcası maliyyə çatışmazlığıdır. Həmçinin bu gəlirli iqtisadiyyat sahəsini bilən kadrların azlığı da bu sektorun inkişafına mane olur. Bundan əlavə, güllərlə bağlı məlumatsızlıq var, gəlirliliyinin olması, ölkə üçün əhəmiyyətli biznes ola biləcəyi barədə də az insan xəbərdardır. Lakin, hətta bu problemlər həll edilsə belə SSRİ dövründə dünya bazarındakı yerimizi geri qazanmaq o qədər də asan olmaz.

Məlumat üçün qeyd edək ki, hazırda ölkəmizdə yetişdirən güllərin toxumu Hollandiyadan təmin edilib. Ölkə bazarında satılan güllərin 60 faizi o toxumlardan alınan yerli istehsaldır, digər 40 faiz ölkəmizdə yetişməyən növlərdir ki, onlar da idxal edilir.

Gülçülüklə bağlı bir məsələni də qeyd etmək yerinə düşərdi. Azərbaycanda sovet dövründən qərənfilin istehsalı geniş olub. Yazda əkilən, 5 aylıq inkişaf prosesi keçən bu gül üçün minimum 12-13 dərəcə temperatur şərtdir. Bu gül həm yerli bazarda, həm də ixracda yaxşı gəlir mənbəyi olub. 30 il əvvəl qərənfil bütün mərasimlərin bəzəyi idi, gəlinlərin toy günü əlində qərənfildən bağlanmış dəstə olurdu, toy maşınları qərənfillə bəzədilirdi, uşaqlar 1-ci sinfə gedəndə müəllimlərinə qərənfil dəstəsi aparırdı, mən də aparmışam. Ağ qərənfil təmizlik, saflıq, al-qırmızı qərənfil isə sevgi demək idi.

1990-cı il hadisələri zamanı şəhid məzarlarına asan və əlçatan gül olan qərənfil düzüldü, bundan sonra qərənfil yalnız matəm gülü kimi tanındı. İndi özəl günlərə, toy və ya ad günlərinə, təbriketmə mərasiminə sifariş edilən gül buketlərində qərənfil olmur. Əvvəl bütün SSRİ-ni təmin edən, bu yolla da ölkə iqtisadiyyatına xeyli gəlir gətirən qərənfil indi yalnız matəmlərdə, yas mərasimlərində alınır. Bu da ölkəmizin iqlimi üçün yetişdirilməsi ən münasib gül növü olaraq xarakterizə edilən qərənfilin istehsalına marağı azaldır. Mahnılara, sevda nəğmələrinə mövzu olan, neçə-neçə gözəl eşqlərə şahid olan qərənfil təkcə matəm gülü olmamalıdır. Onun matəm gülü kimi xarakterizə edilməsində keçmişi də rol oynayır bir az. Çünki qərənfil 19-cu əsrdə sosialist hərəkatların mübarizə simvolu kimi də tanınırdı.

Yeli gül istehsalının qarşısını alan bir başqa faktor da bu güllərin GMO-su olan alternativlərinin ölkə bazarına ayaq açmasıdır. GMO növlər dözümlü olur, solmur, əzilmir, ekzotik görüntüsü var. Yerli güllərin qoxusu onlarda olmasa da alıcısı çoxdur. GMO növlərdən fərqli olaraq yerli güllər ətirli olur, lakin bu ətir də onların bəxtini açmır.

Ümumiyyətlə, gülçülük iqtisadi baxımdan çox rentabellidir, qısa müddətə bar verir, mayası böyük xərc tələb etmir. Bu sahənin Azərbaycanda yenidən dirçəldilməsi ölkə iqtisadiyyatı üçün faydalı olar.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri