Icma.az
close
up
RU
Güllə atmadan ölkəsinə azadlıq gətirmiş Qandinin nəvələri, dayanın!

Güllə atmadan ölkəsinə azadlıq gətirmiş Qandinin nəvələri, dayanın!

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu nə müharibə isteriyasıdır?

Əvvəla, rəsmi Nyu-Dehlinin  terroru dəstəkləməsi nüvə dövlətinə yaraşmayan addımdır. Bu, az imiş kimi, Hindistan beynəlxalq müqavilələrə də etinasız yanaşır. Xeyir ola, dünyanın sonudurmu? Xeyr, dünyanın sonu olmayacaq, qarafikirlilərin siyasətinin sonu olacaq. 

*** 

Artıq dünyanın hər yerində, hamıya məlumdur ki, Pakistan hökuməti insan ölümü ilə nəticələnmiş Pahalqam hücumunu pisləyib, bununla bağlı açıq və şəffaf beynəlxalq araşdırma aparılmasını təklif edib. Üstəlik,  həmin hadisənin  törədilməsini boynuna götürən həqiqi terrorçu qrup da ortalıqdadır. Bəs elə isə Hindistan nə üçün həmin iyrənc addıma görə Pakistanı günahlandırır? 

Rəsmi Dehlinin Pakistanı ittiham etmək üçün beynəlxalq ictimaiyyətə dəlil-sübut təqdim edə bilməməsi də göz qabağındadır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlar başda olmaqla dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Pakistan terrorizmin bütün forma və təzahürlərini  pisləyir. Biz bunu İslamabadın terrorçu, təxribatçı və işğalçı Ermənistana münasibəti fonunda daha aydın görmüşük. Əksinə, Pakistanın özü bir çox hallarda Hindistan  tərəfindən maliyyələşdirilən, planlaşdırılan və həyata keçirilən terrorizmin zərərdidəsi olmuşdur. 

Beynəlxalq aləmdəki ekspertlərin fikrincə, rəsmi Nyu-Dehli uzun illərdir ki,  daxili siyasi və təhlükəsizlik uğursuzluqlarını gizlətmək üçün əsasən müsəlmanların yaşadığı  Cammu və Kəşmirin işğal olunmuş ərazilərində qəddarlıq və terrordan istifadə edir. Bu isə təkcə birmənalı şəkildə  islamofobiyanın göstəricisidir.  

Əgər Hindistanın siyasətində islamofobiya tərkibi yoxdursa, onda rəsmi Nyu-Dehli nə üçün işğal olunmuş Cammu və Kəşmirdə 700 mindən çox əsgər saxlayır?  Həmin əsgərlər məhz siyasi rəhbərliyin iradəsinə güvənərək   işğal altında olan ərazilərdə əhalinin, o cümlədən qadın və uşaqların yaşamaq hüququnu pozur, şərəf və ləyaqətini alçaldırlar. Bu, dini ayrı-seçkilik deyilmi? Əlbəttə, dini ayrı- seçkilikdir və çox təəssüf ki, bu istiqamət Hindistanda dövlət siyasəti səviyyəsində icra olunur. 

Dünya mətbuatının son onilliklərdəki məlumatlarından xəbərdar olan hər kəs yaxşı bilir ki,  Cammu və Kəşmirdə yerli əhalinin  azadlıq mübarizəsini yatırmağı bacarmayan Nyu-Dehlinin  Pakistanı nələrdəsə günahlandırması ilk hal deyil. Hindistan rəhbərliyi belə addımları dövri olaraq atır və təbii ki,  heç bir müsbət nəticə əldə edə bilmir. Elə ona görə də son günlərdə nümayiş etdirdikləri aqressivliyə daha çox bel bağlayırlar. Bu fakt isə haqlı olaraq dünya ictimaiyyətində ciddi  narahatlıq yaradır.

Politoloqların fikrincə,  Hindistanın özündə də ciddi narahatlıq yaradan məqamlar var. Bu narahatlıq  Pakistandakı  iqtisadi inkişafdan yaranır. İslamabadın tərəqqisi, təbii ki,  Pakistan Silahlı Qüvvələri və hüquq-mühafizə orqanlarının Hindistan tərəfindən təlim keçən və maliyyələşdirilən terrorçularla mübarizəsini də səmərəli edir.

Atılan çoxsaylı mənfi addımlarla Pakistanı müharibəyə təhrik edə bilməyən Nyu-Dehli siyasətçiləri daha ciddi fəsadlar verə biləcək yol axtarır və tapırlar. Məsələn,  Hindistan hökuməti onilliklər boyu qüvvədə olan Hind Su Müqaviləsini birtərəfli və deməli, həm də qeyri-qanuni  olaraq pozur. Halbuki,  müqavilədə belə bir müddəa yoxdur. Dehli rəsmiləri yaxşı bilirlər ki, Pakistanın əhalisi və iqtisadiyyatı Hind Su Müqaviləsi çərçivəsində İslamabada  məxsus olan çaylardan asılıdır. Bu çaylar onlar üçün həyat mənbəyidir. Həmin müqavilənin dövri olaraq pozulması isə Hindistanın beynəlxalq müqavilələrə hörmətsizliyinin göstəricisidir.  Fikrimizcə, bu addım  dünya ictimaiyyəti üçün olduqca təhlükəli presedent yarada bilər.

Doğrudur, tarix boyu hind filosofları müharibə və münaqişələrin qarşısının alınması, sülh və sabitliyin qorunması məramı ilə olduqca dəyərli kəlamlar söyləyib və ya yazıblar. O cür müdrik əcdadlardan törəyən müasir hind siyasətçilərinin  sudan silah kimi istifadə etməsi böyük bir xalqın adına ləkədir. Yaxud, qaşınmayan yerdən qan çıxararaq  qonşu dövlətin müharibəyə sürüklənməsi Hindistan kimi böyük dövlətə bir güllə atmadan belə azadlıq gətirmiş Mahatma Qandinin sülh çağırışlarına böyük hörmətsizlikdir. “Biz nəticələri məlum olmayan addımlar atmayacağıq”– deyən Qandinin nəvə-nəticələri unudurlar ki, Hindistan hökumətinin bu məntiqsiz və  məsuliyyətsiz addımları çox təhlükəli nəticələr  verə bilər.

Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Pakistan heç vaxt Hindistanı hansısa aqressiv mövqe və hərəkətləri ilə təhdid etməyib. Amma, bu o demək deyil ki,  İslamabadın sülh istəyi, diplomatik təmaslar təklifi  zəiflik göstəricisidir. Qətiyyən elə deyil. Pakistan dünya düzənində öz sözü olan, beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanan, dünyanın nüvə dövlətləri sırasında özünəməxsus mövqeyi və nüfuzu olan ölkələrdən biridir. Ona qarşı törədilən haqsızlıq və ədalətsizlik qətiyyən cavabsız qalmayacaq. 

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 00:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see121

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri