Futbolu daha baxımlı etmək lazımdır, bunun üçün isə rəqibin qapısına daha yaxın olmaq gərəkdir
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Betis”in baş məşqçisi Manuel Pelleqrini hesab edir ki, ofsayd qaydasında mümkün dəyişikliklər mübahisələrin qarşısını almayacaq.
Sportal.az xəbər verir ki, Pelleqrini bunun əvəzinə basketboldakı kimi yeni bir qaydanın futbola tətbiqini təklif edib.
"Bu barədə dəqiq fikir bildirmək çətindir. Məncə, hazırkı ofsayd qaydası düzgündür. VAR sisteminin köməyi ilə səhvlərdən qaçmaq daha asandır. Amma əgər onlar bütün bədənin mövqeyini yoxlamağa başlasalar problemlərə gətirib çıxara bilər.
Məncə, futbolu yaxşılaşdırmaq üçün dəyişdirilə biləcək başqa qaydalar da var. Məsələn, top meydanın mərkəz xəttini keçdikdən sonra onu öz sahəsinə qaytarmağı qadağan etmək. Bu, oyunu daha dinamik edərdi.
Mütəxəssislər bu məsələni araşdırırlar, amma düşünmürəm ki, bu, oyunu köklü şəkildə dəyişəcək. Biz futbolu daha baxımlı və hərəkətli etməliyik, bunun üçün isə rəqibin qapısına daha yaxın oynamaq lazımdır".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Noyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















