Icma.az
close
up
RU
Gen mutasiyası: yeni beyin xəstəliyi kəşf edildi...

Gen mutasiyası: yeni beyin xəstəliyi kəşf edildi...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəstələr gəzməkdə çətinlik çəkir, idrak pozğunluğu və inkişaf gecikmələri yaşayırlar...

...İspaniya Biotibbi Tədqiqatlar İnstitutu Bellvitx (Idibell) mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu gen mutasiyası ilə əlaqəli yeni, nadir nevroloji xəstəlik aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə EFE yazır.

Tədqiqatçılar RPS6KC1 genindəki mutasiyaların sinir sistemi xəstəliklərinə səbəb olduğunu müəyyən ediblər.

Hazırda xəstəlik dünya miqyasında səkkiz ailədən yalnız 13 nəfərdə diaqnoz qoyulub.

Xəstələrdən biri Barselona əyalətindəki universitet xəstəxanasında müalicə alıb. İdibelldəki Neyrometabolizm şöbəsinin müdiri Aurora Pujol izah edib ki, “bu, beynin ağ maddəsinə təsir edən bir xəstəlik növüdür”.

Onun sözlərinə görə, xəstələr gəzməkdə çətinlik çəkir, idrak pozğunluğu və inkişaf gecikmələri yaşayırlar.

Mütəxəssis izah edib ki, kəşf genom ardıcıllığı və İspaniya komandası tərəfindən hazırlanmış yeni hesablama alqoritmlərinin istifadəsi sayəsində mümkün olub.

Müalicə üsulları hələ hazırlanmasa da, Pujol vurğulayıb ki, patologiyanın aşkarlanması nadir genetik xəstəliklərin daha dəqiq diaqnozu üçün vacib bir addımdır.

Alimlər həmçinin qeyd ediblər ki, xəstəliyin klinik təzahürləri əsasən əlaqəli gendə mutasiya nəticəsində yaranan digər nadir xəstəlik olan Coffin-Lowry sindromunun təzahürlərinə bənzəyir.

Tədqiqatda Böyük Britaniya, Almaniya, İran, İtaliya, Pakistan, ABŞ, Türkiyə, Finlandiya və Estoniyadan mütəxəssislər iştirak ediblər.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Noyabr 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri