Icma.az
close
up
RU
GÜLLƏLƏNƏN TƏHSİLİMİZ... “İdrak” var, dərrakə yoxdur...

GÜLLƏLƏNƏN TƏHSİLİMİZ... “İdrak” var, dərrakə yoxdur...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Cəmiyyətin baş tacı olmalı olan müəllim səssiz-səmirsiz hüquqsuz, müti, hörmətsiz birinə çevrilib...

Dövlət, cəmiyyət təhsil və onun əsas aparıcı qüvvəsi olan müəllimin üzərində ictimai, iqtisadi, mənəvi “eksperimentlər” aparanda, bunun yaxşı heç nəyə gətirib çıxarmayacağı zatən bəlli idi. Dünən “İdrak” adlı litseydə müəllimin 10-cu sinif şagirdi tərəfindən güllələnməsini həmin “eksperimentlər”in təzahürü və cəmiyyətə, dövlətə siqnal kimi qəbu etmək daha doğru olardı…

Hələ 10 il əvvəl Hadı Rəcəbli müəllimləri “150-200 manat maaş alır və dolana bilmirsə, işdən sonra gedib daş hörüb ustalıq etməyə” çağıranda, Misir Mərdanov “Ağlı olan müəllim 150-200 manata işləyər?” deyəndə artıq xeyli vaxt idi ki, müəllim peşəsi demək olar, gözdən salınmış, urvatsız, hörmətsiz “məşğulata” çevrilmişdi. Heç sonradan da dəyişən bir şey olmadı…

Çox vaxt direktorların tapşırığı ilə “süpürgə pulu”, “pərdə pulu” və s. adı ilə şagirddən pul toplamağa möhtac qoyulan, buna görə ələ salınan, danlanan, üstəlik az qala ölkənin “əsas korrupsioner zümrəsi” kimi təqdim olunan müəllim uzun illər maaşla, yəni, çörəklə sınağa çəkildi və çəkilir də. Yüksək, iri məmurların qapısının həndəvərinə belə düşə bilməyən mətbuatın, televiziyanın da gücü müəllimə çatdı, onu güddü, aşağıladı, qınadı, gözdən saldı…

Müəllimə atılan bu “maddi dolanışıq gülləsi”nə paralel olaraq, seçki saxtakarlığına, siyasi məddahlığa, tərifə, yalana cəlb olunması da onun “mənəvi güllələnməsi” oldu. Hansısa seçki məntəqəsində baş verən bütün çirkinliklər müəllimlərin adına yazıldı. Müəllim mənəvi məğlubiyyətə, deqradasiyaya uğradıldı. Üstəlik, son illər müəllimlərin uşaqlar üzərində nəzarətini, sözünü, iradəsini zəiflədən inzibati tədbirlərin tətbiqi ona uşağa, tələbəyə “gözün üstə qaşın var” deməyə belə haqq tanımadı. 

Orta məktəblərdə şagird, ali məktəblərdə tələbə sözün həqiqi mənasında müəllimin başı üzərinə çıxarıldı. Savadsız şagirdə, tələbəyə qiymət yazmayan müəllim ittiham obyektinə çevrildi. Bununla həm də cəmiyyətdə kütləvi savadsızlığa yol açıldı, ölkə diplomlu savadsız, işsiz gənclərin “poliqonuna” çevrildi…

Evdə məktəbdən, müəllimdən söz açan övladına “müəllim qələt eləyir” deyən valideynlərin sayı durmadan artdı(və artır…) Nəticədə uşaq da, tələbə də qarşısında MÜƏLLİM-dən daha çox “sındırılmış”, başı dərsdən çox öz məişət problemləri ilə dolmuş, çox vaxt öz dediyinə özü də inanmayan birisini gördü. Uşaq üçün hansısa kriminal avtoritet, cinayətkar müəllimdən qat-qat daha nüfuzlu, hörmətli oldu. Ona görə bugünkü şagird kriminalı tərifləyən mahnılar, meyxanalar oxumaq, müəllimə isə güllə atmaq səviyyəsinə qədər gəlib çıxdı…


Hələ “eksperiment” həvəskarı olan nazir də əlavə etdi ki, müəllim dərsi oldu-olmadı 8 saat məktəbdə qalsın. Baxmayaraq ki, əksər məktəblərdə müəllimin zatən öz dərs saatlarındakı tənəffüslərdə belə baş soxacağı normal yeri, geniş müəllimlər otağı yoxdur. Bəzi məktəblərdə isə hətta müəllimlər üçün ayrıca ayaqyolu belə mövcud deyil və müəllimlər şagirdlərlə eyni yerə getməli olur. Bütün bunlar cəmiyyətin baş tacı olmalı olan müəllimi onun hüquqsuz, müti, hörmətsiz bir elementinə çevrilməsi prosesidir, özü də səssiz-səmirsiz. Elə ən böyük fəlakətlər də məhz səssiz baş verir - nəticədə pedaqoq, müəllim bu gün qətiyyən prestijli peşələr sırasına yaxın belə düşmür…

Bəli, təhsil biznesində “İdrak” kimi maraqlı adı olan litsey varmış, amma nə yazıq ki, bu, uzun illərdir təhsilin idarə edilməsindəki dərrakə problemini qətiyyən aradan qaldırmır…

Bugünkü hadisədən sonra məktəblərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gətirilir, hamı nizam-intizam və məktəblərin mühafizə sisteminin gücləndirilməsini tələb edir. Lakin ümumilikdə məmləkətdə, eləcə də ictimai həyatın bir çox digər sahələri kimi təhsildə nizam-intizam, mizan-tərəzi pozulduğu bir vaxtda təhsil ocaqlarının təhlükəsizliyini təmin etmək cəhdi yarımçıq tədbir kimi görünür. Səliqə-səhman, ədalət və təhlükəsizlik meyarları ilk növbədə beyinlərdə, daha sonra təhsildə və ümumilikdə idarəçilik sistemində bərqərar olmalıdır. Bu olmayınca əksər sahələrdə olduğu kimi, təhsildə də başıpozuqluq qalacaq…

Bu cəmiyyət müəllimi bir tərəfdən ən aşağı maaşla çörəyə möhtac edərək, digər tərəfdən saxta mandatlı deputatın, korrupsioner məmurun, əxlaqsız “müğənninin” bəzən ittiham, bəzən lağ obyektinə çevirərək, nüfuzunu adını yaza bilməyən dələduzlardan belə aşağı salaraq mənəvi cəhətdən öldürmüşdü. İndi də harın uşaqları vasitəsilə fiziki cəhətdən öldürməyə cəhd edir. 

Yəni dünən baş verən güllələnmə onsuz da maddi və mənəvi cəhətdən çoxdan “güllələnmiş” müəllimin bir də şagird tərəfindən ilk real güllələnməsi hadisəsi oldu və bununla simvolik xarakter daşıdı. Çünki bu, həm də zatən “can üstə olan”, orta məktəbləri, universitetləri iri təhsil “kəndxudaları”nın, özəl məktəb və kollecləri isə məmur-oliqarxların “obyekt” kimi baxdığı təhsilimizin güllələnməsi idi. Bu binəva düşdüyü komadan yaxın gələcəkdə çətin ki çıxa… 

Bu gün fiziki olaraq tərbiyədən uzaq bir yeniyetmənin atasının tüfəngindən atılsa da, əslində, təhsildəki, cəmiyyətdəki başıpozuqluğun gülləsinə tuş gəlmiş müəllimə isə Allahdan şəfa diləyirik!

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri