Icma.az
close
up
RU
Gültəkin Hacıbəyli ilə bağlı aparılan araşdırmanı Boraltan hadisəsi ilə müqayisə etmək tamamilə əsassızdır

Gültəkin Hacıbəyli ilə bağlı aparılan araşdırmanı Boraltan hadisəsi ilə müqayisə etmək tamamilə əsassızdır

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Radikal siyasi düşərgənin Türkiyədə Gültəkin Hacıbəyli ilə bağlı aparılan araşdırmanı Boraltan hadisəsi ilə müqayisə etməsi həm tarixi baxımdan, həm də siyasi kontekstdə tamamilə əsassızdır".
Bu fikirləri Newscenter.az-a politoloq Ramiz Alıyev səsləndirib. Onun sözlərinə görə, Boraltan faciəsi II Dünya müharibəsi dövrünün qeyri-adi geosiyasi şərtləri, beynəlxalq hüquqi mexanizmlərin demək olar ki, mövcud olmaması və böyük dövlətlərin təzyiqi fonunda baş vermiş mürəkkəb bir hadisə idi:
"Bu gün isə situasiya tamamilə fərqlidir: Türkiyə hüquqi dövlət prinsipləri ilə idarə olunur, istintaq və araşdırma mexanizmləri qanunvericiliyə əsaslanır, hər hansı addım konkret hüquqi prosedurlar çərçivəsində həyata keçirilir. Belə bir paralellərin qurulması siyasi manipulyasiya məqsədi daşıyır və emosional təəssürat yaratmaqla informasiya mühitini qarışdırmağa xidmət edir. Bu cür müqayisələr reallığı təhrif edir, tarixi faktların siyasiləşdirilməsinə səbəb olur və məqsədli şəkildə iki qardaş ölkə arasında inamsızlıq görüntüsü yaratmağa cəhd kimi çıxış edir".
Ramiz Alıyev, "Radikal dairələr anlayırlar ki, Boraltan kimi simvolik və həssas hadisələr ictimai rəydə emosional rezonans doğurur və buna görə də həmin paralellərdən təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bu davranışın digər tərəfi isə Türkiyənin müvafiq hüquq-mühafizə və təhlükəsizlik qurumlarına dolayı təzyiq göstərmək cəhdidir. Hadisənin siyasi çalarlarla təqdim edilməsi, araşdırmanın guya “siyasi sifariş” kimi qələmə verilməsi və ictimai müstəviyə çıxarılması hüquqi prosesə müdaxilə görüntüsü formalaşdırmağa hesablanıb. Halbuki Türkiyə dövlət qurumları öz fəaliyyətini daxili qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir və xarici təzyiq cəhdlərinə qarşı həssasdır",-deyə vurğulayıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri