Gülü Rəmişdən qalan nələri satıb? Xalq artistinin xanımından sərt REAKSİYA
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mərhum gitaraçı, Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü Hüseynovanın ərindən qalan evi və avtomobili satdığı, müflis olduğu barədə periodik olaraq xəbərlər yayılır.
Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Gülü Hüseynovanın özü ilə əlaqə saxlayıb.
O, müxbirimizin sualına aqressiv şəkildə cavab verib, nə evini, nə də maşını satdığını təsdiqləyib.
“Ay balam, sizin nə işinizə qalıbdır? Maşın satmışam, adam satmışam? Sizə nə var, mən nə satmışam? Niyə jurnalistlər məndən əl çəkmirlər? Satıb-eləməmişəm, öz maşınımı sürürəm. Heç nə satmamışam. Həm də mən nə sataram, özüm bilərəm. Bircə, Xalq artistinin arvadı Gülü olub? Başqalarından maraqlanmırsınız, çünki hamısının oğlu-qızı, arxası var”,- deyə o jurnalistlərdən incikliyini qeyd edib.
Qeyd edək ki, Rəmiş 2021-ci ildə koronovirusdan vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















