Icma.az
close
up
RU
Gümrü mühasirəyə alındı: Rusiya ilə birləşmək çağırışı edən mer saxlanıldı YENİLƏNDİ

Gümrü mühasirəyə alındı: Rusiya ilə birləşmək çağırışı edən mer saxlanıldı YENİLƏNDİ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gümrü şəhərinin meri Vardan Qukasyanın meriyanın binasından çıxarılması ilə bağlı məlumat təkzib edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

“Vardan Qukasan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və Ermənistan polis rəisi ilə birlikdə hələ də öz kabinetində qapalı vəziyyətdədir, görünür, içəridə istintaq aparılır. Yüksək rütbəli polis məmurları Gümrüdədir. Artıq 7 saatdır Milli Təhllükəsizlik Xidmətinin əməkdaşları meriya binasını mühasirədə saxlayırlar. Meriyanın işi iflic olub, heç kimin meriya binasına girib-çıxmasına imkan verilmir”, - KİV bildirib.

Şəhərdə gərgin vəziyyətin hökm sürdüyü, hər yerdə polis və Milli Təhlükəsizlik Xidmətinin qüvvələrinin yerləşdirildiyi qeyd olunub.

13:29

Ermənistan polisi tərəfindən saxlanılan Gümrü şəhərinin meri Vardan Qukasyan səhərdən başlayan etirazlar fonunda meriyanın binasından çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Vardan Qukasyanın artıq meriyanın binasını tərk etdiyi bildirilib.

Korrupsiya və külli miqdarda rüşvət almada ittiham olunan Gümrü meri səhər saatlarında kabinetində təcrid vəziyyətində idi. Qukasyanla yanaşı, meriyanın 7 əməkdaşı da saxlanılıb.

Gümrü merinin müşaviri Lilit Aqekyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının meriyanın bütün avadanlıqlarını müsadirə etdiyini açıqlayıb.

***

11:31

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində başlanmış cinayət işi çərçivəsində şəhər meri Vardan Qukasyan da daxil olmaqla meriyanın 8 əməkdaşı barəsində cinayət işinin açılması və onların saxlanılması barədə qərar qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Cinayət işi Gümrü şəhər meriyasında korrupsiya və külli miqdarda rüşvət alma ilə bağlıdır.

İş Vardan Qukasyan və meriyanın saxlanılan digər əməkdaşları barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə göndəriləcək.

Saxlanılanlar arasında Gümrünün baş memarı Henrik Qasparyan da var.

***

11:27

Hazırda təkcə Gümrü meriyasının ətrafında yox, daxilində də gərginlik hökm sürür. Əməkdaşlarla maskalı təhlükəsizlik qüvvələri arasında əlbəyaxa dava düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Şəhər sakinləri çoxlu sayda polisin olduğu meriya binasının qarşısına toplaşırlar. Vəziyyətin gərginləşməsindən sonra əraziyə polis qüvvələrinin daha iki avtobusu gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meriyaya giriş qapısını bağlayıb və insanları, o cümlədən meriya əməkdaşlarını içəri buraxmır və çölə çıxmağa qoymurlar.

Toplananlar polisə fit çalaraq “Ayıb olsun” şüarları səsləndirirlər.

Şəhər meriyasının əməkdaşlarının dediyinə görə, mer Vardan Qukasyan binadadır və onun qapısına nəzarət qurulub: O, təcrid olunub və qapı önünə toplaşan işçilər merin saxlanılacağından narahatdırlar”.

***

11:10

Ermənistan polisi Gümrü meriyasının girişini bağlayıb.

Teleqraf xəbər verir ki, mer Vardan Qukasyanın tərəfdarları meriyanın həyətinə toplaşıb, əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub.

Məlumata görə, Vardan Qukasyan hazırda Gümrü meriyasındadır. Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində polis xüsusi təyinatlıları meriyaya yeridilsə də, Qukasyan hələ aparılmayıb.

“Gümrü şəhərinin meri Vardan Qukasyan saxlanılmayıb, o, kabinetində təcrid olunub”, - şəhər merinin mətbuat katibi Lilit Aqekyan KİV-ə deyib.

***

10:47

Ermənistan polisinin xüsusi təyinatlıları Gümrü meriyasında əməliyyat aparırlar.

Teleqraf Ermənistan KİV-ə istinadla xəbər verir ki, əməliyyat çərçivəsində meriyanın bir neçə əməkdaşı saxlanılıb.

Əməliyyatların hansı iş çərçivəsində aparıldığı barədə hələlik heç bir məlumat yoxdur.

Məlumata görə, Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində Gümrü meriyasında Daxili İşlər Nazirliyinin Polis İdarəsi ilə birgə istintaq aparılır.

Daxili İşlər Nazirliyi və Korrupsiyaya qarşı Mübarizə Komitəsindən yerli KİV-ə bildirilib ki, yaxın vaxtlarda baş verənlər barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, hələ sentyabr ayında Gümrü şəhərinin meri Vardan Qukasyanın həbs oluna biləcəyi barədə məlumat yayılmışdı. Baş nazir Nikol Paşinyanın müvafiq qurumlara Qukasyanla bağlı araşdırma aparmaq əmri verdiyi bildirilmişdi.

Məlumata görə, Vardan Qukasyan apreldə meriyaya keçirilən seçkilərdə saxtakarlığa əl ataraq qalib gəlib. Həmçinin Paşinyan onu korrupsiyada ittiham edib.

Vardan Qukasyan bundan əvvəl Ermənistanı Rusiya ilə “İttifaq Dövləti”ndə birləşməyə çağırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see270

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see246

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see166

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see160

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see153

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see144

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see138

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see136

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see126

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri