Gümrüdə hakimiyyət müxalifət namizədlərinə sərt təzyiq etmək qərarına gəlib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Gümrüdə seçkilərə iki gün qalmış hakimiyyət müxalifət namizədlərinə sərt təzyiq etmək qərarına gəlib.
APA xəbər verir ki, hüquq-mühafizə orqanları Gümrü merliyinə namizəd, “Mənim şərəfim var” fraksiyasının deputatı Martun Qriqoryanın seçki qərargahına irimiqyaslı “hücum” edib. Bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.
Məlumata görə, Qriqoryanın ofislərində axtarışlar aparılır.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının “Ana Ermənistan” müxalifət blokunun Gümrüdəki ofisində yoxlamalar apardığı məlum olub. Blokun nümayəndəsi Emma Qriqoryan Gümrüdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb və orada qarşıdan gələn seçkilərlə bağlı bir neçə seçki rüşvətinin verilməsi ilə bağlı işlərə başlanılıb. Söhbətin audio yazısı yayılıb.
“Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan bunu siyasi təqib adlandırıb və hakimiyyətin hərəkətlərini pisləyib.
Qeyd edək ki, Gümrüdə erkən seçkilər martın 30-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Mart 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















