Icma.az
close
up
RU
Gün eynəyi alarkən əsas diqqət edilməli məqam nələrdir?

Gün eynəyi alarkən əsas diqqət edilməli məqam nələrdir?

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İnsanlar əsasən yay aylarında gün eynəklərindən çox istifadə edirlər. Ancaq mənşəyi məlum olmayan saxta gün eynəkləri görmə sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Belə eynəklər günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından kifayət qədər qoruma təmin edə bilməz və göz qişasının zədələnməsinə, həmçinin başqa göz problemlərinə səbəb ola bilər.Mənşəyi bilinməyən saxta gün eynəklərinin insan gözünə nə dərəcədə ziyanı var? Eynək alanda nələrə fikir vermək lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Amerika Oftalmologiya Akademiyasının üzvü, cərrah-oftalmoloq Ergün Rəşidəlizadə bildirib ki, insanlar adətən yalnız tünd rəngli şüşənin gözü qoruduğunu düşünürlər: “Saxta və mənşəyi bilinməyən gün eynəkləri insana göz sağlamlığı üçün düşündüyümüzdən daha ciddi təhlükə yarada bilər. İnsanlar adətən yalnız tünd rəngli şüşənin gözü qoruduğunu düşünürlər. Halbuki əsas məsələ şüşənin rəngi deyil, ultrabənövşəyi (UV) şüalarını nə dərəcədə filtrasiya etməsidir. Keyfiyyətsiz və sertifikatsız gün eynəklərində UV filtr sistemi ya ümumiyyətlə olmur, ya da kifayət qədər effektiv olmur. Tünd rəngli şüşə səbəbindən göz bəbəyi genişlənir və nəticədə daha çox zərərli UV şüası göz daxilinə keçir. Bu isə uzun müddətdə gözün müxtəlif strukturlarında zədələnməyə səbəb ola bilər.

Belə eynəklərin istifadəsi nəticəsində:

Buynuz qişada (korneada) zədələnmələrGöz quruluğu və qıcıqlanmaTorlu qişanın zədələnməsiKataraktanın daha erkən inkişafıSarı ləkə xəstəlikləri (makula problemləri) kimi ciddi problemlər yarana bilər.

Xüsusilə uşaqlarda və açıq havada uzun müddət çalışan insanlarda UV şüalarının təsiri daha təhlükəli hesab olunur”.

Ergün Rəşidəlizadə həmçinin vurğulayıb: “Gün eynəyi alarkən əsas diqqət edilməli məqam UV400 və ya 100% UV qoruma qeydinin olmasıdır.

Bundan əlavə məhsulun sertifikatlı olması, optik keyfiyyətinin düzgün olması, şüşənin görüntünü təhrif etməməsi, eynəyin göz ətrafını kifayət qədər örtməsi vacib amillərdir.

İnsanlara küçə satıcılarından və mənşəyi məlum olmayan ucuz məhsullardan uzaq durmaq tövsiyə olunur”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 May 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri