Icma.az
close
up
RU
Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət...

Gün eynəyini düzgün seçmək üçün 5 məsləhət...

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Alimlər parlaq günəşin gözlər üçün ziyanlı olduğunu isbat ediblər. Yay aylarında günəş şüalarının təsiri daha intensiv olduğundan bu müddət daha da ziyanlı sayılır.

Məhz bu səbəbdən bir çoxlarımız yay aylarında günəş eynəklərindən istifadə edirik. Bu həkimlərin fikrinə görə mütləq sayılır. Bu məqalədə sizə, günəş eynəyini düzgün seçmək üçün bir neçə məsləhət verəcəyik:

1. Plastik yoxsa şüşə?

Yadda saxlayın ki, yüksək dərəcədə tündləşdirilmiş linzalar, heç də keyfiyyətli və qoruyucu demək deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz  eynəklər, nəinki xeyirsiz sayılır,onlar  hətta gözlər üçün ziyanlıdır. Səbəb odur ki, tünd şüşə arxasında göz bəbəyi genişlənir, nəticədə arasından daha çox işıq keçmiş olur.

Şüşə eynəklər, tam olmasa da ultrabənövşəyi şüaların qarşısını alır.

Polikarbonatdan hazırlanan plastik linzalar, yalnız A və B tipli ultrabənövşəyi şüaların qarşısını ala bilir. Orqanik linzalar sınmırlar, lakin onların səthində cızıqların daha tez yaranması səbəbindən bu tip linzalarla daha ehtiyyatlı olmanız məsləhət görülür.

2. Əlavə vərəq tələb edin (qoşma)

Keyfiyyətli gün eynəklərini optikalarda və yaxşı eynək mağazalarından almaq olar. Bu eynəklər əsasən markalanmış (nişanlanmış) olurlar və onların hər birinə əlavə kağız aid edilir. O kağızda  eynəyin günəşdən qorunma səviyyəsi və onu hansı hallarda taxmanız göstərilir. Ümumilikdə  0-4 qədər müxtəlif qoruma dərəcəli 5 filtr kateqoriyası vardır.

3. Polyarizasiya və fotoxrom

Polyarizasiya linzalar gözləri günəşdən qoruyur və işığın əks təsirini keçirtmir. Həkimlər adətən belə eynəkləri göz əməliyyatı keçirən insanlara məsləhət görürülər. Xameleon eynəklərdə foroxrom linzalar istifadəsi isə tez -tez məkandan küçəyə çıxdıqda rahat sayılır.

4. Böyük yoxsa balaca? (ölçü)

Ölçüyə gəldikdə, ən düzgün seçim böyük ölçülü eynəklər sayılır. Bu model eynəklər nəinki gözləri, həmçinin gözətrafı dərini qoruyurlar. Günəş işığında tez-tez gözləri qıydığımıza görə gözətrafı zonada qırışların əmələ gəlməsi müşahidə olunur.

5. Linzanın  rəngi

Ən münasib linzalar -  yaşıl, boz, qəhvəyi rəngdə və bu rənglərin çalarlarında olan linzalardır. Bu rənglər rəngləri az korlayır, şüalanmanı yaxşı özünə hopur və gözə müsbət təsir edir. Çəhrayı, qırmızı, narıncı və göy rəngli linzalar gözləri tez yorur.

Görmə qabiliyyəti və gözətrafı zonanın çox incə olduğunu nəzərə alaraq, gün eynəyi alarkən bir neçə rəngli, modelli,keyfiyyətisiz eynək almaqdansa çox vacib olan görmə qabiliyyətinizi qorumaq üçün 1, yalnız keyfiyyətli məhsul almağınız məsləhət görülür.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri