Icma.az
close
up
RU
Günahkar rəqiblər yox, özümüzük! Ekspert acı həqiqətləri AÇIQLADI

Günahkar rəqiblər yox, özümüzük! Ekspert acı həqiqətləri AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bildiyimiz kimi, "Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. "Qarabağ" isə UEFA Avropa Liqasında mübarizəni başa vursa da, Konfrans Liqasında çıxışını davam etdirəcək.

Sizcə, komandalar potensiallarını lazımi səviyyədə ortaya qoya bildilər, yoxsa nümayiş etdirdikləri zəif oyun onların mərhələni keçə bilməməsinə səbəb oldu?

AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov mövzu ilə bağlı Redaktor.az-a müsahibəsində bildirdi ki, komandaların bu nəticə ilə üzləşməsi öz günahlarıdır:

"Onlar zəif oyun nümayiş etdirdiklərinə görə bu vəziyyətə gəlib çıxıblar. Əgər "Neftçi"ni götürsək, hesab edirəm ki, rəqib meydanında, Bolqarıstanda qalib gəlmələrinə baxmayaraq, oyunun taleyi artıq Bakıda həll olunmuşdu. Yəni Bakıda alınan 4:2 hesablı məğlubiyyət... Əslində oyun onu göstərmirdi ki, "Neftçi" 4:2 hesabı ilə məğlub olmalı idi. Bu nəticə yalnız və yalnız "Neftçi"nin buraxdığı səhvlərin nəticəsi idi. Məhz buna görə də "Neftçi" bu mərhələni keçə bilmədi. Yəni dolayısı ilə demək olmaz ki, "Dinamo Minsk" dəhşətli dərəcədə güclü komanda idi və "Neftçi"ni bütün parametrlər üzrə açıq-aşkar üstələyirdi. Bunu demək ən azından haqsızlıq olardı".

Ekspertin fikrincə,  "Neftçi" kifayət qədər hücum etdi və Bakıda da kifayət qədər qol imkanları var idi amma bunun öhdəsindən gələ bilmədilər:

"Bu da öz günahları idi. Cavab oyununda da bir qol vurdular və əslində hər şey "Neftçi"nin istədiyi kimi başladı. Amma bunun davamını gətirə bilmədilər. Daha sürətli və daha iti oynamaq, ikinci qolu vurmaq lazım idi. Bunu bacarmadılar. Düzdür, kifayət qədər qol imkanları da yaratmışdılar. Amma bir daha qeyd etmək istəyirəm ki, oyunun taleyi Bakıda həll olundu. "Neftçi" Bakıda 4:2 hesabı ilə məğlub olmamalı idi. O qədər kobud səhvlərə yol verdilər ki, dörd qol buraxdılar. Əgər Bakıdakı oyunda qalib gəlsəydilər, cavab görüşündə heç-heçə belə "Neftçi"yə mərhələni keçmək üçün kifayət edərdi. Üstəlik, Bakıdakı oyunda 2:0 hesabı ilə irəlidə idilər".

Müsahibimizin sözlərinə görə, "Qarabağ"ın da Sofiya təmsilçisinin müqavimətini qıra bilməməsinin əsas günahkarı elə özüdür:

"Yəni bunu Sofiya komandasının dəhşətli dərəcədə güclü oyunu ilə izah etmək olmaz. Onlar daha çox ikili mübarizələrdə qalib gəlməyi sevən, aqressiv oynayan bir kollektiv idilər. Çox yaxşı müdafiə olunurdular, amma keçilməz də deyildilər. Çünki "Qarabağ"ın, ən azından ikinci hissədə və əlavə vaxtda yüzfaizlik üç qol imkanı var idi ki, bunlardan istifadə edə bilmədilər. Belə imkanları qola çevirə bilmirsinizsə, məğlubiyyət də normal qarşılanmalıdır.

Hesab edirəm ki, bunun səbəblərindən biri də gedən futbolçuların əvəzinə gələn oyunçuların hələ komandanın dinamikasına tam uyğunlaşmamasıdır. Onlar uyğunlaşma prosesini tam keçməyiblər və bu da istər-istəməz öz təsirini göstərir. Oyunun müəyyən məqamlarında yeni futbolçularla anlaşmanın tam istənilən səviyyədə olmadığı hiss olunurdu. Amma ümid edirəm ki, heç olmasa Konfrans Liqasında "Qarabağ" üçün bu nəticə xeyirli olar. Bəlkə də Konfrans Liqasında daha böyük uğurlar qazana bilərlər. Qrup mərhələsindən pley-offa yüksələ, hətta orada da daha irəli gedə bilərlər. Çünki Konfrans Liqasında Avropa Liqası və ya Çempionlar Liqası səviyyəsində komandaların sayı nisbətən az olur. Bu baxımdan "Qarabağ"ın həmin turnirdə daha böyük addımlar atmaq şansı var".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri