Günay Ağamalının atası ilə bağlı yaydığı bu görüntü tənqid edildi VİDEO
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Millət vəkili Günay Ağamalının atası Fəzail Ağamalının vəfatı ilə bağlı süni intellekt texnologiyasından (Aİ) istifadə edərək hazırladığı video diqqət çəkib. Bu paylaşım birmənalı qarşılanmayıb və dini baxımdan düzgün olmadığı da iddia edilib.
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, süni intellekt artıq həyatımızın hər sahəsini əhatə edib:
“Aİ insanların ağlına belə gəlməyən görüntüləri yarada bilir. Təbii ki, bunlar arasında ölülərə və məzarlıqlara aid olanlar da yer alır. Ümumiyyətlə, elm və texnologiya nə qədər inkişaf etsə də, həyatda dəyişməz dəyərlər mövcuddur. Bunlardan biri də əlbəttə ki, ölüyə olan hörmət, vəfat etmiş insana göstərilən ehtiramdır. İslam dinində də vəfat etmiş insanların ləyaqəti qorunur və onlara hörmətsizlik etmək, təhqir göstərmək qəbuledilməzdir”.
İlahiyyatçı bildirib ki, bununla belə, süni intellekt vasitəsilə yaradılan görüntülər bəzən xoşməramlı məqsəd daşıya və islam dini çərçivəsində görünə bilər:
“Lakin ölmüş bir insanın məzardan çıxarılması və ya sonra yenidən qəbirə yerləşdirilməsi kimi səhnələr, qiyamətə aid təsvirlər kimi səhnələşdirilir. Məsələnin mahiyyətini, məsuliyyətini azaltmış kimi görünür. Hər halda, süni intellekt bəzən çox məhrəm, həssas mövzuları da vizuallaşdırır”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















