Icma.az
close
up
RU
Günay Əfəndiyeva: “Türkoloji Qurultaya və onun ayrı ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik”

Günay Əfəndiyeva: “Türkoloji Qurultaya və onun ayrı ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Ötən dövr ərzində kitabxana və muzeylərin işindən inklüziv təhsilə qədər bir sıra müxtəlif qanun layihələri nəzərdən keçirilmiş, onlara düzəlişlər olunmuşdur. Həmçinin, tarixi-mədəni irs abidələrinin qorunması, mühafizəsi, passportlaşdırılması ilə bağlı böyük bir dinləmə keçirilmişdir. 
Düşünürəm ki, bunları gələcək sessiyada da davam etdirmək lazımdır. Biz komitənin səmərəli fəaliyyətini təşkil edərək, dövlətimizin daha da inkişafına, beynəlxalq siyasətinin, mədəni diplomatiyasının gücləndirilməsinə töhfə verə bilərik.
Növbəti sessiya ərzində mütəmadi olaraq, muzey və kitabxana işçilərini bir araya toplayaraq görüşlər keçirə bilərik. Eyni zamanda digər yaradıcı müəssisələrin rəhbər və nümayəndələri ilə görüşərək onların problemlərini dinləyə və bu məsələlərin həlli istiqamətində iş apara bilərik”.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva komitənin 2025-ci ilin payız sessiyasının  ilk iclasındakı çıxışı zamanı deyib.
Deputat Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin prioritetlərinə diqqəti çəkərək, Türk Dünyası ilə əlaqələrin gücləndirilməsindən bəhs edib: “Bilirsiniz ki, bu il Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 iliyi qeyd olunur. Bu çərçivədə müxtəlif tədbirlər keçirilmiş və keçiriləcəkdir.
Eyni zamanda cari ilin 22 avqust tarixində Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının yüksəksəviyyəli görüş keçirildi. Görüş çərçivəsində mühüm qərarlardan biri Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq münasibətlərinin qurulması oldu.
İyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlərlə Sumqayıt şəhəri Daşkənd vilayəti, Qəbələ isə Nəvai şəhəri ilə qardaşlaşdı. Hesab edirəm ki, bununla bağlı həmin şəhərlərdə aktiv mədəni fəaliyyətlər həyata keçirə bilərik. Xüsusilə də ölkələrimizin millət vəkillərinin iştirakı ilə müxtəlif layihələr təşkil etməklə xalqlarımız arasındakı körpüləri daha da möhkəmləndirə bilərik”.
Günay Əfəndiyeva gələn il Türk Dünyası üçün əlamətdar bir yubileyə –Birinci Türkoloji Qurultayın 100 illiyinin tamamlanmasına diqqət çəkərək, vurğulayıb: “Bu Qurultay XX əsrdə Türk xalqlarının mədəni həyatında ən nəhəng hadisələrdən biri kimi tarixə yazılmışdır. Qurultay həm əhatə etdiyi məsələlərin zənginliyi, həm də qəbul edilən qərarların əhəmiyyəti baxımından çox önəmli bir platforma idi. Əlbəttə ki, bununla bağlı tədbirlər dövlət səviyyəsində həyata keçiriləcək. 
Düşünürəm ki, Mədəniyyət komitəsi olaraq, Türkoloji Qurultaya və onun ayrı-ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik. Biz digər ölkələrin nümayəndələrini dəvət edərək, həmçinin, beynəlxalq təşkilatların dəstəyi ilə bu tədbirləri daha geniş miqyasda reallaşdıra bilərik”.
Deputat dini-mədəni abidələrin qorunmasının əhəmiyyətinə diqqət çəkərək qeyd edib: “Bu yaxınlarda təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən qədim Cümə Məscidini ziyarət etdim. Tarixi orta əsrlərə gedib çıxan bu ibadətgah 2016-cı ildə hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə əsaslı şəkildə inşa edilərək istifadəyə verilmişdir. Hazırda məscidin fondunda bir çox tarixi əşyalar da yer alır. Üzərindən müəyyən vaxt keçdiyi üçün burada qismən təmir işlərinin aparılmasına ehtiyac yaranıb. Hesab edirəm ki, bu kimi dini ocaqlar ibadət məkanı olmaqla yanaşı, həm də tarixi-mənəvi irsimizi əks etdirməlidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see178

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see153

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see142

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see140

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see136

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see136

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see135

Məcburi köçkünləri təhqir etdiyi üçün işindən azad edildiyi deyilən aparıcıdan AÇIQLAMA

12 Sentyabr 2025 00:00see133

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see132

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see127

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see127

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see125

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see124

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see123

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see122

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see120

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see119

“Putin üçün iqtisadiyyat artıq siyasi məsələdir“ Aleksaşenko

11 Sentyabr 2025 21:52see119

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri