Icma.az
close
up
RU
Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib

Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib

Icma.az bildirir, 525.az portalına istinadən.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının təqdimatında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Türkün səsi” adlı konsert proqramı keçirilib.

525.az xəbər verir ki, tədbir çərçivəsində, həmçinin, Şüvəlan qəsəbə Mədəniyyət evinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında “Səma” rəqs ansamblının ifasında Türk Dünyası ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstanın milli rəqsləri nümayiş olunub.

Tədbirdə çıxış edən 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrəmillət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblı tərəfindəntürk xalqlarının milli rəqslərinin ifa olunduğu tədbirin əhəmiyyətindən söz açaraq, bildirib: “Bu gün ansamblın üzvləri, bizim uşaqlarımız, öz Vətəninə, doğma Azərbaycanına olan sevgilərini nümayiş etdirdilər. Eyni zamanda onlar, böyük Türk Dünyasına məhəbbət və hörmətini ifadə etdilər. Bu da təsadüfi deyil. Çünki türk xalqları arasında isti dostluq münasibətləri, türk dövlətlərinin başçıları arasında möhkəm qardaşlıq əlaqələri mövcuddur. Və bunlar hamısı, cənab Prezidentin dediyi kimi, nəhəng Türk Dünyası ailəsini təşkil edir”.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda birgə xatirə şəkilləri çəkilib.

Qeyd olunmalıdır ki, “Səma” uşaq rəqs ansamblında 4-18 yaş qrupunda ümumilikdə, 200-dən çox uşaq və yeniyetmə iştirak edir. Ansambl ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən tədbirlərdə uğurlu çıxışlar edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri