Icma.az
close
up
RU
Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib

Günay Əfəndiyeva “Türkün səsi” adlı konsert tədbirində çıxış edib

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının təqdimatında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Türkün səsi” adlı konsert proqramı keçirilib.
Tədbir çərçivəsində, həmçinin, Şüvəlan qəsəbə Mədəniyyət evinin rəsm dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konsert proqramında “Səma” rəqs ansamblının ifasında Türk Dünyası ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstanın milli rəqsləri nümayiş olunub.
Tədbirdə çıxış edən 14 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblı tərəfindən türk xalqlarının milli rəqslərinin ifa olunduğu tədbirin əhəmiyyətindən söz açaraq, bildirib: “Bu gün ansamblın üzvləri, bizim uşaqlarımız, öz Vətəninə, doğma Azərbaycanına olan sevgilərini nümayiş etdirdilər. Eyni zamanda onlar, böyük Türk Dünyasına məhəbbət və hörmətini ifadə etdilər. Bu da təsadüfi deyil. Çünki, türk xalqları arasında isti dostluq münasibətləri, türk dövlətlərinin başçıları arasında möhkəm qardaşlıq əlaqələri mövcuddur. Və bunlar hamısı, cənab Prezidentin dediyi kimi, nəhəng Türk Dünyası ailəsini təşkil edir”.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda birgə xatirə şəkilləri çəkilib.
Qeyd olunmalıdır ki, “Səma” uşaq rəqs ansamblında 4-18 yaş qrupunda ümumilikdə, 200-dən çox uşaq və yeniyetmə iştirak edir. Ansambl ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən tədbirlərdə uğurlu çıxışlar edir.

seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Mart 2025 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri