Icma.az
close
up
RU
Günbəgün insan və tikinti ilə dolan Bakı daşanda nəticəsi ağır olacaq, bankların girovları da dəyərsizləşəcək

Günbəgün insan və tikinti ilə dolan Bakı daşanda nəticəsi ağır olacaq, bankların girovları da dəyərsizləşəcək

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan banklarının milli valyutada verilmiş cəmi kredit portfeli 22,5 milyard manata çatıb. Kreditlərin də böyük hissəsi paytaxtda verildiyi qeyd edilir. Belə ki, milli valyutada verilmiş cəmi kredit portfelinin 74 faizə qədəri Bakının payına düşür. Bu da paytaxtın həm əhali, həm də iqtisadi fəallıq baxımından ölkə həyatında necə böyük yer tutmasını göstəricisidir. Bu vəziyyət vətəndaşa və bank sisteminin gəlirlərinə necə təsir edir? Bu tarazsızlığın səbəbləri nədir?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu cür fəaliyyət yeni deyil. Çünki hamı bilir ki, Azərbaycan iqtisadiyyatı Bakıdadır.

Əkrəm Həsənov

“Əsasən fəal insanlar Bakıdadır. Hətta rayon yerlərində olan bizneslərin çoxu da Bakıdakı varlı insanlara mənsubdur. Banklar istəyir ki, pulu zamanında qaytarılsın. Banklar istəyir ki, girov təminatı likvid olsun. Yəni vətəndaş krediti qaytara bilmədiyi zaman bankın götürdüyü girov, daşınmaz əmlak, torpaq, bina, mənzil və s. olduğu zaman bank məhkəməyə verir, əmlakı hərraca çıxaırır, satır və pulunu götürür. Amma rayon yerlərində əmlakların çoxunun çıxarışı yoxdur. Bu səbəbdən də, həmin əmlakı girov götürmək olmur, götürldüyü zaman onu satmaq olmur.

İkincisi səbəb odur ki, rayon yerində kiminsə nəsə almağa o qədər də marağı yoxdur. Həm də milli mentalitet məsələləri var. Rayon yerində hamı bir-birini yaxşı tanıyır. Rayon yerində başqa adam gedib, nəsə almır. Gərək ordakı kimsə alsın. O da almır ki, haramdır, başqasının əmlakıdır və s.”-deyən iqtisadçı bildirib ki, bütünlükdə problem ondadır ki, ölkənin regionları inkişaf etmir.

“Adi yol yoxdur, yol. Hər şey yoldan başlayır. Yolu necə inkişaf etdirmək olar? Adi Şəkidən Gəncəyə getmək mümkün deyil. Baxın Azərbaycanın xəritəsinə. Şəkidın Gəncəyə getmək üçün məcbursan ki, Bakıya gəlib Gəncəyə gedəsən. Yol yoxdur. Regionların inkişafı ayrı-ayrılıqda onların inkişafı deyil, həm də onların bir-biri ilə əlaqəsi olmalıdır. Bu da yoxdur”...

Əkrəm Həsənov qeyd edib ki, bu da nəticə etibarilə ona gətirib çıxarır ki, Bakı gündən-günə "şişir".

"Adi yağış yağır, nəticəsi göz qabağındadır. İnsan çoxdur, infrastruktur ona uyğun deyil. Bir neçə ildən sonra bunun çox ağır nəticələri olacaq. Mən hər zama deyirəm ki, Bakıda mülk almayın. Hamı elə bilir ki, burada mülkün qiyməti qalxacaq. Bakı dolub, daşanda nəticəsi ağır olacaq. Bakı bu qədər əmlakı, bu qədər insanı həzm eldə bilməyəcək. İnfrastruktur problemləri çıxacaq, enerji, su... Hamımız bilirik ki, tikintilər də plansız şəkildə və pozuntularla aparılıb. Bunun da ağır nəticələri olacaq. Bir gün ayılacağıq ki, Bakı "idarəolunmaz" bir şəhərdir. Banklar da bunun əziyyətini çəkəcək. Çünki Bakıda götürdükləri girovları reallaşdıra bilməyəcək. Çünki heç kim almayacaq, qiymətlər düşəcək”-deyə iqtisadçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri