Gündə 5 dəfə yemək yeyirəm Monika Belluççi
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtalyan ulduz Monika Belluççi 62 yaşında olmasına baxmayaraq, formada olan görünüşü ilə diqqət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, məşhur aktrisa formada qalmağın sirrini açıqlayaraq, sağlam həyat tərzinin sərt pəhrizlərdən və intensiv məşqlərdən çox uzaq olduğunu söyləyib.
Belluççi makaron və tort kimi sevimli yeməklərindən imtina etmədiyini və balanslı qidalanmaya və porsiya nəzarətinə üstünlük verdiyini deyir. Belluççi bildirib ki, maddələr mübadiləsini aktiv saxlamaq üçün gündə beş dəfə yemək yeyir. Onun pəhrizinə səhər yeməyi, nahar və şam yeməyi, eləcə də iki qəlyanaltı daxildir.
Aralıq dənizi pəhrizinə üstünlük verən Belluççi, tərəvəz, meyvə, yağsız protein və zeytun yağı ilə zəngin bir pəhriz saxlayır. O, həmçinin pəhrizinə qoz-fındıq və avokado kimi sağlam yağ mənbələrini də daxil edir və sevimli yeməklərini tamamilə qadağan etmək əvəzinə, porsiyaların ölçüsünə diqqət yetirir.
Bu yanaşma sayəsində bəzən tort və makaron kimi sevimli yeməklərindən həzz alan Belluççi sərt pəhriz qaydalarından yayınır. Məşhur aktrisa gərgin və intensiv məşq proqramlarından daha çox sevdiyi fəaliyyətlərə üstünlük verir. Bəzən Pilateslə məşğul olan Belluççi həftədə bir neçə dəfə təxminən 45 dəqiqə üzməyə də üstünlük verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















