62 yaşlı Monika gündə 5 dəfə yemək yeyir
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyaca məşhur italiyalı aktrisa Monika Belluççi 62 yaşında olmasına baxmayaraq, görünüşü ilə diqqət çəkir. Aktrisa illərdir tətbiq etdiyi sağlam həyat tərzi ilə bağlı bəzi detalları bölüşüb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Belluççi bildirib ki, formada qalmaq üçün sərt pəhrizlərə və ağır məşqlərə üstünlük vermir. Onun sözlərinə görə, əsas məsələ balanslı qidalanmaq və porsiyalara nəzarət etməkdir.
Aktrisa makaron və tort kimi sevdiyi qidaları tamamilə rasionundan çıxarmadığını deyib. O, bu məhsulları qadağan etmək əvəzinə miqdarına diqqət etdiyini vurğulayıb.
Belluççinin qidalanma rejimində səhər, günorta və axşam yeməkləri ilə yanaşı, iki ara yemək də yer alır. O, gün ərzində ümumilikdə beş dəfə qidalandığını bildirib. Aktrisanın qidalanmasında tərəvəz, meyvə, yağsız zülal və zeytun yağı əsas yer tutur. Fındıq və avokado kimi faydalı yağ mənbələrini də rasionuna daxil edən Belluççi sevdiyi qidalara tam qadağa qoymur.
O, ağır və intensiv məşqlər əvəzinə zövq aldığı fiziki fəaliyyətlərə üstünlük verir. Belluççi zaman-zaman pilateslə məşğul olduğunu, həftədə bir neçə dəfə isə təxminən 45 dəqiqə üzdüyünü qeyd edib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















