Icma.az
close
up
RU
Gündə nə qədər su içməliyik? Fayda və zərərləri

Gündə nə qədər su içməliyik? Fayda və zərərləri

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

İnsanlar nənə və babalarının animasiyalı GIF-lərinə valideynlərinin reaksiyalarını qeyd etməyə başlayanda, bu, internetdə sürətlə virallaşan nostalji dalğasına səbəb oldu. Bu səbəbdən, nostalji hər hansı bir hərəkətsiz fotoşəkilə həyat gətirə biləcək fantastik bir tətbiqdir. Sevdiklərinizin çoxdan itirilmiş şəklini həyata qaytarmaq bacarığı olduqca diqqətəlayiqdir. Sizdə MyHeritage-dən istifadə edərək necə əla xidmət göstərir görə bilərsiniz.

Manset.az yerli mediaya istinadən bildirir ki, su, vücudumuzun 60 %-ni əhatə edir.

Bu səbəbdən də su içmək insan üçün böyük əhəmiyyət daşıyır. Təbii ki, su içməyin faydaları da insan vücuduna saysız müsbət töhfələr verir. İnsan bədəni elə bir mexanizm ilə çalışır ki, müəyyən bir müddət aralığında ac qala, heç bir qida qəbul etmədən yaşamağın mümkünlüyünü təmin edə bilir. Funksionallıqla işləyən bu mexanizmin, susuzluğa dözümlülüyünü isə təmin etməsi mümkün deyil. Bunun əsas səbəbi 85 % beyində, 80 % qanda, 70 % isə əzələlərdə su miqdarının olmasıdır.

Hər gün bədəndən ifrazla orta hesabla 1500 və 200 ml, tərləmə və dəridən buxarlanma ilə 400 ml, tənəffüs yolu ilə orta hesabla 300 ml su sərf olunur. Ümumilikdə insan vücudu hər gün orta hesabla 2500 ml su itirir. Yaz aylarında bu miqdar təxminən 500 ml çoxalır. Qidadan aldığımız su bu ehtiyacın yalnız 20-30 %-ni ödəməyə kifayət edir. Bu səbəbdən də qidadan alınan su miqdarının ümumi bədən üzrə çatışmazlığını, su içərək tamamlamaq lazımdır. Bəs sağlam bir insan vücudu gün ərzində nə qədər su içməlidir? Tədqiqatlar əsasında da sübut olunmuşdur ki, sağlam bir bədənin 2-3 litr suya ehtiyacı vardır. Lakin, bu say, hər vücud tipi və orqanizmə görə individuallaşır. Belə ki, boy, çəki, yaş kimi faktorlar bədənin suya ehtiyac tələbinin miqdarını formalaşdırır. Ümumilikdə isə gün ərzində içilməli olunan su miqdarıorta hesabla 2-3 litr kimi nəzərdə tutulur.
 

Gün ərzində ehtiyacınız olan su miqdarı nə qədər aktiv olduğunuzdan, ətraf mühitinizin temperaturundan və ümumi sağlamlığınızdan asılıdır. İdman edirsinizsə və ya tərləməyə səbəb olacaq bir fəaliyyətlə məşğul olursunuzsa, su içmək ehtiyacınız artacaqdır. Qısamüddətli orta intensivlikli məşq üçün 400-600 ml əlavə su tələb olunmaqdadır. Bu ehtiyac daha uzun və daha intensiv məşqlərlə artır. İsti və rütubətli mühit də tərləməni və bununla birlikdə suya ehtiyacı da artırır. Bunlardan başqa qızdırma, ishal, qusma kimi hallarda su itkisi artacaq və daha çox su içməyə ehtiyac yaranacaqdır. Hamiləlik və laktasiya dövrləri də su qəbulunun artırılması lazım olan vəziyyətlərdəndir. Çünki, hamilə qadınların gündə 2.5 litr, süd verən anaların isə gündə 3 litr maye qəbul etməsi tövsiyə olunur.

Uzun illərdir ki, səhər ac qarına su içməyin faydalarını sadalayırlar. Yuxarıda su içməyin faydalarını qeyd etdik indi isə səhər saatlarında su içməyin faydalarından bəhs edək. Səhərlər ac qarına su içmək, ilk növbədə mədə və bağırsaq divarlarını təmizləməkdədir. Sanki, səhər yeməyindən öncə gecədən qalma maddələri qida borusu və həzm yolundan arındırır.  Beləliklə, həzm sistemi qida qəbuluna hazırlanır. Bununla yanaşı, səhər su içmək maddələr mübadiləsinə də müsbət təsir göstərir. Su içmək maddələr mübadiləsinə verdiyi müsbət töhfə ilə artıq çəki problemindən də azad olmağı da təmin edir. Bu səbəbdəndir ki, dietoloqlar səhər ac qarına su içməyi şiddətlə tövsiyə edir. Hətta içdiyiniz suyun içərisinə yarım və ya bir dilim limon ataraq qaraciyərinizin toksinlərdən təmizlənmə prossesini də sürətləndirə bilərsiniz.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Dekabr 2024 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri