Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Gündüz olsa da, göz gözü görmürdü Fotolar

Gündüz olsa da, göz gözü görmürdü Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar bir sıra yaddaqalan tədbirlərin və festivalların ünvanına çevrilən Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 4-ü Şamaxının Meysəri kəndində başlayan festival iki gün davam edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çöx ölkədən məşhur şeflər - Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar – bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri iştirak edir.

Festivalın açılış mərasimində beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının (WACS) vitse-prezidenti Uve Fridrix Herbert Mişel (Uwe Friedrich Herbert Micheel) festival qonaqlarını salamlayıb, festivalın məqsədi barədə danışıblar.

Hindistanlı aşpaz Anil Grover deyib ki, Azərbaycana ilk dəfə gəlib, tədbir çox yüksək səviyyədə təşkil olunub.Onun sözlərinə görə, bu, Azərbaycana ilk səfəridir və tədbirdən aldığı təəssüratlar olduqca müsbətdir:

“Bu barbekü tədbiri çox gözəl konseptə malikdir. Burada dünyanın müxtəlif ölkələrindən 40-dan çox aşpaz toplaşıb. Təşkilatçılıq yüksək səviyyədə həyata keçirilib, hər şey çox dəqiq və peşəkar şəkildə planlaşdırılıb. Çoxlu əyləncə var, müxtəlif fəaliyyətlər təşkil olunub. Gələn insanların tədbirdən necə zövq aldıqlarını görmək çox sevindiricidir. Hamıya gözəl festival arzu edirəm”.

Amerikalı şef Robert Avishalom isə deyib ki, o, 1966-cı ildə Azərbaycanda doğulub və 41 ildir Azərbaycandan köçüb: “Əziz dilimizi yaddan çıxarmamışam. İndi Amerikada yaşayıram. Mən çox xoşbəxtəm ki, ölkəmizdə belə bir möhtəşəm festivala ev sahibliyi edirik. Azərbaycanın hər nöqtəsindən qonaqlar gəlir. Biz uşaqlarla da yemək hazırlayacağıq, tək-tək də bişirəcəyik”.

Beynəlxalq kulinariya hakimi Don David İsrafilov isə qeyd edib ki, bu gün Şamaxıda qeyri adi festival olacaq:  “Dünyada hələ belə bir festival olmayıb. Bu gün dünyadakı iki assosiasiya burada iştirak edir. 30-dan çox ölkədən şeflərimiz gəlib”, - o qeyd edib.

Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink qeyd edib ki, o, Niderlanddan gəlib: “Azərbaycan mədəniyyətini çox sevirəm və buradakı atmosferi bəyənirəm. Çox şey gördüm. Muzeyə getdim — çox gözəl idi. Yeməklər isə, həqiqətən, əladır. Hər şey üçün təşəkkür edirəm”.

Möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalq tədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə də, Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq olduğunu bildirən çıxışçılar ziyarətçilərə xoş həftəsonu arzulayıblar. Sonra qonaqlar qurulan pavilyonlarda müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olublar və fərqli təamları dadıblar.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin, dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim edib. Qurulan pavilyonları gəzən qonaqlar ayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanış olublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçib. Əyləncə şəklində təşkil edilən həmin ustad dərsləri zamanı mətbəxin kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər hazırlayıb.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad, bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparıb.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifaları səslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xarici kompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək.

Mədinə Useynova



















Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri