Günel Qulamova: Xoreoqrafiya üzrə altı bal alanlar imtahandan keçmiş sayılırlar
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Xoreoqrafiya üzrə qabiliyyət imtahanlarında gün ərzində 70 abituriyent iştirak edir".
Oxu.Az xəbər verir ki, bunu DİM-in xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Günel Qulamova Dövlət İmtahan Mərkəzinin jurnalistlər üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil etdiyi mediatur zamanı deyib.
"Xoreoqrafiya üzrə qabiliyyət imtahanları Bakı şəhərində 189-190 nömrəli tam orta məktəbdə keçirilir. 23 iyundan başlayan imtahanlar 7 iyula qədər davam edəcək. Buraxılış imtahanında minimal 30 bal toplayan abituriyentlər qabiliyyət imtahanına keçid haqqı qazanırlar.
Abituriyentlər milli rəqs, modern rəqs, baletmeyster sahələri üzrə hazırladıqları rəqsləri təqdim edir və suallara cavab verərək müvafiq qiymət alırlar.
Qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. Altı bal və daha yuxarı nəticə göstərənlər imtahandan keçmiş sayılırlar", - deyə G.Qulamova bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















