Güneldən həkimlik lisenziyası ləğv edilən plastik cərrahla paylaşım Fotolar
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Günel Zeynalova adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən plastik-cərrah Dilqəm Məhərrəmovla fotolarını yayımlayıb.
Axşam.az xəbər verir ki, sənətçi həkimin iş yerindən fotolar paylaşıb. Günel "Burnumu soruşanlar, həkimim Dilqəm Məhərrəmov" sözlərini yazıb. O, fotoların yeni və ya köhnə olduğunu bildirməyib.
Günelin paylaşımı diqqət çəkib. Belə ki, D.Məhhərəmovun plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Xüsusi Təftiş Komissiyasının açıqladığı siyahıda 42 plastik cərrahın adı yer alıb.
Dilqəm Məhərrəmov və onun özü kimi plastik-cərrah olan həyat yoldaşı Nərgiz Əhmədovanın adı siyahıda olmayıb. Onlar "Baku Medical Plaza"da çalışırdılar.
Baxış sayı:48
Bu xəbər 12 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















